На русском

Bir əhli-sünnə aliminin Quranın aşkar təhrif edilməsi barədə etirafları

Adı: Kitab əl-məsahif
Müəllif: Əbubəkr Əbdullah ibn Əbudavud Süleyman ibn əl-Əş`əs əs-Sicistani.
Kitab haqqında: Birinci çap, 1405 h.-1985 m. "Dar əl-kutub əl-aləmiyyə mətbəəsi", Beyrut

 

 

Səhabələrin müshəfləri artıq və əskik olmaqla fərqli olub!!!
Fatihə surəsinin necə də fərqli olmasını müşahidə edin!!!!!!!!!

"Səhabələrin Quranlarının müxtəlif olması" fəsli

Əbubəkr ibn Əbidavud deyir: Həqiqətən biz dedik, filankəsin müshəfi bizim müshəflə burada xətt baxımından artıq və ya əskik olduğu üçün fərqlidir. Mən onu atamdan almışam, tənzil kitabında belə edilib.

 

Ömərin Quranı

"Rəvayət edilir ki, Ömərin Quranında Fatihə surəsinin axırıncı ayəsi belə yazılmışdır: "Siratə mən ənəmtə əleyhim ğəyrəl-məğzubi ələyhim və ğəyrəz-zallin."

 

Üç ayə var ki, onları nüsxəyə yazmaq olmur!

Ubeyy ibn Kəəbin Quranı

1. Səid ibn Cəbir nəql edir ki, Ubeyy Nisa surəsinin 24-cü ayəsini belə oxuyurdu: "Fə mə-stəmtə`tum bihi minhunnə ila əcəlin musəmma" (ila-dan sonra əlimizdəki Quranlarda yer almayıb. müt.)
2. Həmmad nəql edir ki, Ubeyyin Quranında Bəqərə surəsinin 226-cı ayəsi "lilləzinə yuqsimunə" ilə başlayır.
İbn Əbudavud (müəllif) deyir ki, bizim müshəfdə "lilləzinə yulunə min nisəihim"
3. Həmmad nəql edir ki, Ubeyyin Quranında Bəqərə surəsinin 158-ci ayəsi "fə la cunahə ələyhi əlla yətufə bihima" kimi yazılıb (əlimizdəki Quranlarda , "... ən yəttəvvəfə bihima..." formasındadır. müt.)

 

Əhli-Sünnə raviləri "Əsr" surəsinə bütöv bir ayə artırmışlar

Cəfər ibn Burqan Məymun ibn Mehrandan belə eşitdiyini deyir: Abdullah ibn Məsud "Əsr" surəsini belə oxuyarmış: (103-cü surə:) "1) Vəl-əsr. 2) İnnəl-insanə lə fi xusr. 3) Və innəhu fihi ila axirid-dəhr. 4) İlləlləzinə amənu və əmilus-salihati və təvasəv bis-səbr". (Hazırkı Quranlarda qeyd olunan 3-cü ayə mövcud deyil. müt.)

 

Belə deyirlər ki, Aişə "və səlatil-əsr" kəlməsini artırıb.


Peyğəmbərin (s) zövcəsi Aişənin müshəfi

Həmmad Hüşamdan nəql edir ki, Aişənin Quranında Bəqərə surəsinin 238-ci ayəsi belə yazılmışdı: "Hafizu ələs-sələvati vəs-səlatil-vusta və səlatil-əsr" (Hazırkı Quranlarda ".... və səlatil-əsr" ifadəsi yer almayıb.)
Əbuyunis deyir: Aişəyə bir müshəf yazdım. Mənə dedi: "Namaz ayəsinə çatdıqda onu yazma, mən onu sənə yazacağam". Deyir ki, O mənə belə yazdı: "Hafizu ələs-sələvati vəs-səlatil-vusta və səlatil-əsr". (yani Aişə bunu öz istəyilə belə yazdırdı).

 

Aişənin müshəfində birinci sırada namaz qılanlar üçün də ayə var imiş!

Həmidə nəql edir ki, Aişə bizə öz mallarını vəsiyyət etdi. Onun müshəfində (56-cı surəsinin 33-cü ayəsi) belə yazılmışdı: "İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, vəl-ləzinə yəsilunəs-sufufəl-əvvəl" (Əlimizdəki Quranlarda "... vəl-ləzinə" və ardı yer almayıb.)

 

İbn Əbivəqqas bir ayəni dəyişirdi və onu qəbul etmək istəmirdi

Qasim ibn Rəbiə deyir: Səid ibn Musəyyib bu ayəni oxudu: "Ma nənsəx min ayətin əv nunsiha" (Bəqərə surəsi, 106-cı ayə) Səd ibn Əbivəqqas dedi: "Quran nə Musəyyibə, nə də onun oğluna nazil olmayıb! O belədir: "Ma nənsəx min ayətin əv nunsiha ya Muhəmməd". Bunun təsdiqi də belədir: "Sənuqriukə fəla tənsa, illa ma şaəllah" (Ə`la surəsi, 6-7-ci ayələr)

 

Bəzi təhrif nümünələrinə diqqət et!!!!!!

1) Zübeyr deyir: ("Müddəssir" surəsinin 40-42-ci ayələri belədir:) "fi cənnatin yətəsaəlun. `Ənil-mucrimin. Ma sələkəkum fi səqər". Quranda bu ayələr belədir: Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?".
2) Əmr deyir ki, İbn Zübeyr "Maidə" surəsinin 52-ci ayəsini belə oxuyurdu: "fə yusbihul-fussaqu əla ma əsərru fi ənfusihim nadimin".
Əmr deyir: Mən bilmirəm, o bu ayəni belə oxuyurdu ya ondan öncəki bu ayəni belə oxuyurdu.
(İbn Davud (müəllif) deyir: Onun qənaətinə görə, Ömər ibn Xəttab o ayəni belə oxuyub.)
3) Əmr nəql edir ki, ibn Zübeyr "Ali-İmran" surəsinin 104-cü ayəsini aşağıdakı kimi oxuyurmuş: "Vəl-təkun minkum ummətun yəd`unə iləl-xeyri və yə`murunə bil-mə`rufi və yənhəvnə `ənil-munkəri və yəstəinunə billah əla ma əsabəhum". (əlimizdəki Quranlarda "və yəstəinunə billah əla ma əsabəhum" mövcüd deyil. müt.)

 

Həccac ibn Yusif Osmanın Quranından 11 ayəni dəyişdirmişdir.

Ovf ibn Əbicəmilə belə deyib: Həccac ibn Yusif Osmanın müshəfindən on bir ayəni təhrif etmişdi:
1. "Bəqərə" surəsi, 259-cu ayə: "Ləm yətəsənnə vənzur", Quranda isə, "Ləm yətəsənnəh vənzur". ("Ha" hərfi var.)
2. "Maidə" surəsi, 48-ci ayə: "Şəri`ətən və minhaca", Quranda isə, "Şir`ətən və minhaca".
3. "Yunis" surəsi, 22-ci ayə: "Huvəl-ləzi yunşirukum", Quranda isə, "Yusəyyirukum".
4. "Yusuf" surəsi, 45-ci ayə: "Ənə atikum bi-tə`vilih", Quranda isə, "Ənə unəbbiukum bi-tə`vilih".
5. "Muminun" surəsi, 85, 87 və 89-cu ayələr: "Səyəqulunə lillahi, lillahi, lillah", Quranda isə, bir dəfə "lillah" işlənib, qalan ikisi artıqdır.
6. "Şüəra" surəsi, 116-cı ayə: "Minəl-muxrəcin", Quranda isə, "Minəl-mərcumin".
7. "Şüəra" surəsi, 167-ci ayə: "Minəl-mərcumin", Quranda isə, "Minəl-muxrəcin".
8. "Zuxruf" surəsi, 32-ci ayə: "Nəhnu qəssəmna bəynəhum məayişəhum", Quranda isə, "Mə`işətəhum".
9. "Muhəmməd" surəsi, 15-ci ayə: "Min main ğəyri yasin", Quranda isə, "Min main ğəyri asin"
10. "Əl-hədid" surəsi, 7-ci ayə: "Fəlləzinə amənu minkum vət-təqəv ləhum əcrun kəbir", Quranda isə, "Fəlləzinə amənu minkum və ənfəqu ləhum əcrun kəbir".
11. "Ət-Təkvir" surəsi, 24-cü ayə: "Və ma huvə ələl-ğəybi bi-zənin" ("Za" hərfi ilə), Quranda isə, "Zənin" sözü "Zad" hərfi ilədir.

Buna da bax!!!

Rəbi` deyir ki, Ubəyy ibn Kə`bin qiraətində ("Maidə" surəsinin 89-cu ayəsi) belə idi: "Fəsiyamu səlasətə əyyamin mutətabiatin fi kəffarətil-yəmin", Quranda isə, "Səlasəti əyyamin, zalikə kəffarətu əymanikum" kimi yazılıb.

Abdullah ibn Məsudun müshəfi:

Yəsir ibn Əmr, Abdullahın "Nisa" surəsinin 40-cı ayəsini belə qiraət etdiyini nəql edir: "İnnəllahə la yəzlimu misqalə nəmlətin", Quranda isə, "Misqalə zərrətin" kimi yazılıb.
Nizal Abdullahın "Ali-İmran" surəsinin 43-cü ayəsini belə qiraət etdiyini nəql edir: "Vər-kə`i vəs-cudi mə`əs-sacidin", Quranda isə, "Vəs-cudi, vər-kə`i mə`ər-raki`in" kimi yazılıb.
Əta Abdullahın "Bəqərə" surəsinin 198-ci ayəsini belə qiraət etdiyini nəql edir: "Fəzlən min rəbbikum fi məvasimil-həcc", Quranda isə, "fi məvasimil-həcc" yoxdur.
Həkəm Abdullahın "Maidə" surəsinin 64-cü ayəsini belə qiraət etdiyini deyir: "Bəl yədahu bəstan", Quranda isə, "Məbsutətan"dır.

 

Qiblə sizin istədiyiniz kimidir ... "Beyt" (ev, Kəbə) kəlməsi "Allah" sözünün əvəzinə işlənib.

Cərir nəql edir ki, Mənsurdan "Bəqərə" surəsinin 148-ci "və li-kullin vichətun huvə muvəlliha" ayəsini necə oxumasını soruşdum. O, cavab verdi ki, biz belə oxuyuruq: "Və li kullin cə`əlna qiblətən yərzəvnəha"
İbrahim nəql edir ki, "Bəqərə" surəsinin 196-cı ayəsində "Allah" kəlməsini dəyişdirib belə oxuyurlar: "Və əqimul-həccə vəl-`umrətə lil-bəyt", Quranda isə, "Lillah" yazılıb.

"Şura" (məşvərət) hər işdə deyil, bəzi işlərdə!!

İbn Abbasdan nəql edirlər ki, "Ali-İmran" surəsinin 159-cü ayəsini "Və şavirhun fi bəzil-əmr" kimi oxuyurlar. Quranda isə "Bə`z kəlməsi yoxdur.

 

Mütənin müəyyən müddətə olması vacibdir!!!

Əmir ibn Yərim İbn Abbasdan belə nəql edir: "Fəməs-təmtə`tum bihi minhunnə ila əcəlin musəmmə". ("Nisa" surəsi, 24-cü ayə)

 

Ey vəhhabilər! Bu darmadağında (dağıdıcı dəlillərdə) itib-batın. Baxmayaraq ki, siz öz tüğyanınızda sərgərdansınız.

Yerləşdirilib: 26 Dekabr, 2010  07:58 Baxılıb: 4078 Çap
Məqalələr