На русском

Fətvalar

Terrorçu sələfilərdən iyrənc fətva!!! (18+)

Əziz oxucular, bu məqalədə müsəlmanların üzünü dünyada qara edən terrorçu sələfilərin axmaq fətvasını diqqətinizə çatdıracağıq. İlk əvvəl biz bu xəbərin doğruluğuna inanmadıq və yayımlamaq istəmədik. Çünki, əsli olmayan və təcrübədə reallaşmamış bir məlumatı paylaşmaq qəti yolverilməzdir. Lakin, əl-Qaidə terror qruplaşmasının məhz bu üsulla sui-qəsd həyata keçirməsi, bu fətvanın həqiqətən də verildiyinə dair əsaslı dəlil oldu.

“Sünnənin Aslanları” adlı internet forumunda bir sələfi sual verir:

شيخنا رزقكم الله الشهادة والحور العين في الجنة . أردت رضي الله عنكم أن أقوم بعملية استشهادية، وتقدمت إلى "الشيخ أبو الدماء القصاب" . فقال لي إننا ابتكرنا طريقة جديدة وغير مسبوقة في العمليات الاستشهادية، وهو أن يُـلاك في دبرك كبسولات التفجير ، ولكي تتدرب على هذه الطريقة الجهادية لا بد أن ترضى بأن يُلاط بك فترة كي يتسع دبرك، وتكون مؤخرتك قادرة على أن تتحمل عبوة التفجير ,

Əziz şeyx, Allah sizə şəhidlik və Cənnətdə qaragözlü bakirə hurilər qismət etsin (Xatırladaq ki, özlərini partladan mücahidlərin beyinlərini məhz bu qaragözlü bakirə hurilərlə doldurub manqurtlaşdırırlar). Mən şəhidlik əməliyyatı həyata keçirmək istəyirdim və bu məqsədlə Əbu Dima əl-Qəssaba müraciət etdim. O mənə dedi ki, yeni və misli görünməmiş bir şəhadət əməliyyatı ixtira ediblər. Partlayıcı kapsulaları insanın dübürünə (yəni, anal dəliyinə) yerləşdiririk.

Bu cihad növünə hazırlaşmaq üçün bir müddət öz anal dəliyinin istifadə edilməsinə razılıq verməlisən. Beləliklə, sənin anal dəliyin daha geniş olmaqla partlayıcılar üçün daşıyıcı olacaq.

وسؤالي رحمك الله : هل يجوز أن أبيح دبري لأحد الإخوة المجاهدين إذا كانت النية صالحة، والهدف الدربة على الجهاد، ليقوم بتوسيع دبري؟ ..

Mənim sualım bundan ibarətdir ki, əgər məqsədim anal dəliyimi genişləndirməklə cihada hazırlaşmaq və niyyətim şərəflidirsə, mücahidlərdən birinə öz anal dəliyimi istifadə üçün icazə verə bilərəmmi?

فحمد الله الشيخ وأثنى عليه، وقال : الأصل أن اللواط محرم ولا يجوز . غير أن الجهاد أولى، فهو سنام الإسلام. وإذا كان سنام الإسلام لا يتحقق إلا باللواط، فلا بأس فيه،

Şeyx Allaha Həmd-səna etdikdən sonra deyir:

Prinsipcə livat haramdır və caiz deyil. Ancaq cihad daha vacibdir. Cihad İslamın zirvəsidir. Əgər livat etmək İslamın bu zirvəsinə çatmaqdan ötrü yeganə yoldursa, onda heç bir problem yoxdur.

فالقاعدة الفقهية تقول : الضرورات تبيح المحظورات. وما لا يتحقق الواجب إلا به فهو واجب، وليس هناك أوجب من الجهاد.

Qayda budur ki, məcburiyyət haramı halal edir. O şey ki, vacib məhz onunla təhqiq olunur, elə vacibin özüdür.  (Yəni, Bir vacibi yerinə yetirmək üçün istifadə olunacaq yol elə özü də vacibdir.) Cihaddan üstün vəzifə isə yoxdur. (yəni, nəticə etibarilə, sən PAZLANMALISAN, ay "mücahid" qaqa.)

وعليك بعد أن يلاط بك أن تستغفر الله، وتكثر من الثناء عليه، وتأكد يا بني أن الله يبعث المجاهدين يوم القيامة حسب نياتهم، ونيتك إن شاء الله نصرة الإسلام. نسأل الله أن يجعلك ممن يستمعون القول ويتبعون أحسنه . وصلى الله على محمد.

Ondan sonra Allahdan bağışlanma diləməlisən.

Bil ki, oğlum, Qiyamət günü Allah mücahidləri onların niyyətlərinə görə dirildir. Allah bilir ki, sənin niyyətin İslamı müdafiə etməkdir. Allah səni Onun çağırışına diqqətə alanlardan qərar versin.

 

Bu məlumatın daha sonra silinmə təhlükəsini nəzərə alaraq, müxtəlif formatlarda yaddaşda saxlayıblar.

 

 

 

 

 

 

Xüsusi qeyd: Bu həmin fətvadır ki, Naif bin Əbdul-Əzizə qarşı həyata keçirilən bomba əməliyyatına səbəb olub.

Abdullah Həsən əl-Asiri (1986 - 2009) əl-Qaidə terror qruplaşmasının Səudiyyəli üzvlərindən biri idi. O 2009-cu ilin avqust ayında Səudiyyə Ərəbistanın daxili işlər nazirinin müavini Muhəmməd b. Nayifə qarşı sui-qəsd həyata keçirərkən partlayış nəticəsində ölmüşdür. Muhəmməd b. Nayif yaralanmış, lakin sağ qalmışdır.

Bomba terrorçunun anal dəliyində idi. Bu da sözügedən fətvanın boşuna olmadığının bir daha isbatıdır.

Allah bütün müsəlmanları şeytanın şərindən qorusun.

Abdullah Həsən əl-Asiri və sui-qəsd hadisəsi haqqında həm ərəb, həm türk, həm də ingilisdilli saytlara müraciət edə bilərsiniz.

Link 1, Link 2, Link 3, Link 4, Link 5, Link 6

Bu da həmin "QƏHRƏMAN"IMIZ.

Yerləşdirilib: 26 İyul, 2012  05:36 Baxılıb: 7165 Çap
Məqalələr