На русском

Əhli-sünnədə qəbir ziyarəti zamanı üzü qəbrə tərəf dua və İbn Teymiyyənin yalanları

Məşhur mənbələrdə əhli-sünnənin məzhəb imamlarından olan İmam Malikdən vəsilə, şəfaət və qəbir ziyarəti zamanı üzü qəbrə tərəf dua etməyə dəlil olan maraqlı bir rəvayət nəql edilmişdir.

حدثنا القاضي أبو عبدِ الله محمدُ بن عبدِ الرحمن الأشْعَري ، وأبو القاسمِ أحمدُ بن بقيِّ الحاكِم ، و غيرُ واحدٍ ، فيما أجازونيه ، قالوا : أنبأنا أبو العباس أحمدُ بن عُمَرَ بن دِلْهاثٍ ، قال : حدثنا أبو الحسن علي بن فِهْرٍ ، حدثنا أبو بكر محمدُ بنُ أحمدَ بن الفرَج ، حدثنا أبو الحسن عبدُ الله بن المُنْتاب ، حدثنا يعقوب بن إسحاقَ بن أبي إسرائيل ، حدثنا ابن حُمَيْدٍ: ناظرَ أبو جعفرٍ أميرُ المؤمنين مالكاً في مسجدِ رسولِ الله صلى الله عليه وسلم, فقال له مالك : يا أميرَ المؤمنين لا ترفعْ صوتك فى هذا المسجد ، فإن الله تعالى أدَّب قوما فقال: { لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ } ومدَح قوما فقال { إن الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِندَ رَسُولِ اللَّهِ أُوْلَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَى لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ }, وذمَّ قوما فقال: { إَنَّ الذين يُنَادُونَكَ مِن وَرَآءِ الْحُجُراتِ أَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ } وإِنَّ حرمتَه ميْتا كحرمتِه حيّا, فاسْتكانَ لها أبو جعفرٍ وقال: يا أبا عبدِ الله أأستقبِلُ القبلة وأدعُو, أم أستقبل رسولَ الله صلى الله عليه وسلم؟ فقال: ولِمَ تصرِف وجهَك عنه, وهو وسِيلتُك, ووسيلة أبيك آدمَ عليه السلام إلى اللهِ تعالى يومَ القيام؟ بل اسْتقبِلْه, واستشفِعْ به, فيُشفِّعَه الله, قال الله تعالى : { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً

Qazi Əbu Əbdillah Muhəmməd bin Əbd ər-Rahmən əl-Əşari, Əbu əl-Qasim Əhməd bin Baqi əl-Hakim və digərləri – icazə yoluyla – bizə təhdis edərək dedilər: bizə Əbu əl-Abbas Əhməd bin Ömər bin Dihlas xəbər verib dedi: bizə Əbu əl-Həsən Əli bin Fihr təhdis etdi: bizə Əbu Bəkr Muhəmməd bin Əhməd bin əl-Fərəc təhdis etdi: bizə Əbu əl-Həsən Abdullah bin Muntab təhdis etdi: bizə Yaqub bin İshaq bin Əbi İsrail təhdis etdi: bizə İbn Humeyd təhdis etdi: Möminlərin Əmiri Əbu Cəfər Rəsulullahın – sallallahu aleyhi və səlləm – məscidində Maliklə mübahisə etdi. Malik ona dedi: «Ey Möminlərin əmiri! Səsini yüksəltmə, cünki Uca Allah bir qövmü tədib edərək buyurmuşdur: «…Səslərinizi Nəbinin səsindən yüksəyə qaldırmayın! Ona bir birinizə müraciət etdiyiniz kimi yüksək səslə müraciət etməyin! Yoxsa siz his etmədən əməlləriniz boşa çıxar!» (əl-Hucurat, 2) Bir qövmü mədh edərək buyurmuşdur: «Şübhəsiz ki, Allah Rəsulunun yanında səslərini qısanlar, o kimsələrdir ki Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.» (əl-Hucurat, 3) Bir qövmü də zəm edərək belə buyurmuşdur: «Həqiqətən, Sənə otaqların arxasından səslənənlərin çoxu ağılsız kimsələrdir.» (əl-Hucurat, 4) Onun hörməti sağlığında olduğu kimidir! Əbu Cəfər onun sözlərini qəbul etdi və dedi: «Ya Əba Abdillah! Qibləyə doğrumu dönüb dua edim, yoxsa Rəsulullaha (sallallahu aleyhi və səlləm)?» Malik dedi: «O Qiyamət günüdə sənin və atan Adəmin Allaha vəsiləsi olduğu halda niyə ondan üz çevirirsən? Əksinə ona doğru yönəl və ondan şəfaət istə ki, Allah da onun sənin haqqındakı şəfaətini qəbul etsin. Uca Allah buyurur:  «…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.» (ən-Nisa, 64.)

əl-Qazi İyaz əl-Maliki, əş-Şifa tərfi huquq əl-Mustafa, c.2, s.41; Dar əl-Fikr, Beyrut, 1409/1988; haşiyə: Əhməd bin Muhəmməd bin Muhəmməd əş-Şəməni (onlayn mənbə 123)

 

 

 

 

 

 

Fotoşəkil: əl-Qazi İyaz əl-Maliki, əş-Şifa tərfi huquq əl-Mustafa, c.2, s.26-27; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Əbd əs-Səlam Muhəmməd Əmin

Kitabı yükləmək üçün: ÜNVAN

Əhli-sünnə alimlərinin hədisin etibarlılığı barədə sözləri:

Nur əd-Din əs-Samhudi (844-911 h/1440-1506 m) «Vəfa əl-vəfa» adlı kitabında bu rəvayət haqqında deyir:

في الشفاء بسند جيد عن ابن حميد

«əş-Şifa» kitabında ceyyid (yaxşı) sənədlə İbn Humeyddən...

Nur əd-Din əs-Samhudi, Vəfa əl-vəfa, c.4, s.196; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1419/1999 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

Fotoşəkil: Nur əd-Din əs-Samhudi, Vəfa əl-vəfa, c.4, s.196; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut; Xalid Əbd əl-Ğəni Məhfuz

Kitabı yükləmək üçün: ÜNVAN

Həmçinin Şəms əd-Din əş-Şami (v. 942 h/1536 m) «Subul əl-huda» adlı kitabında (c.12, s.395) bu rəvayətin ceyyid sənədlə rəvayət edildiyini yazır. (onlayn mənbə 1, 2, 3)

Muhəmməd Əli bin Huseyn əl-Məkki (1287-1367 h/1870-1948 m) «Təhzib əl-Furuq» əsərində İbn Həcər əl-Məkki və əz-Zərqanidən nəqlən deyir:

قال العلامة ابن حجر في الجوهر المنظم رواية ذلك عن الإمام مالك جاءت بالسند الصحيح الذي لا مطعن فيه وقال العلامة الزرقاني في شرح المواهب ورواها ابن فهد بإسناد جيد ورواها القاضي عياض في الشفاء بإسناد صحيح رجاله ثقات ليس في إسنادها وضاع ولا كذاب

Əllamə İbn Həcər «Cəvhər əl-munəzzəm» kitabında yazır: Malikdən gələn bu rəvayət səhihdir və heç bir qüsuru yoxdur. Əllamə əz-Zərqani «Şərh əl-məvahib» kitabında yazır: «Bu rəvayəti İbn Fəhd güclü sənədlə, Qazi İyaz «əş-Şifa» kutabında sənədi səhih olan, aralarında uydurma və yalan danışan şəxslər olmayan güvənilən ravilər yolu ilə rəvayət etmişdir.»

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd Əli bin Huseyn əl-Məkki, Təhzib əl-Furuq, c.3, s.59; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1418/1998; təhqiq: Xəlil əl-Mənsur

Kitabı yükləmək üçün: ÜNVAN

İbn Teymiyyə (661-728 h/1263-1328 m) isə əhli-sünnənin əksinə olaraq bu rəvayəti uydurma hesab etmiş, hətta icma adına böhtan da atmışdır:

ولا يدعو هناك مستقبل الحجرة فإن هذا كله منهي عنه باتفاق الأئمة ومالك من أعظم الأئمة كراهية لذلك والحكاية المروية عنه أنه أمر المنصور أن يستقبل الحجرة وقت الدعاء كذب على مالك

Və Peyğəmbərin qəbrinin yanında üzü qəbrə tərəf dua etmək olmaz. Bütün bunlar alimlərin ittifaqına əsasən qadağandır. Malik də bu əməli məkruh hesab edən böyük alimlərdəndir. Malikin Mənsura üzü qəbrə tərəf dua etməsini əmr etməsi barədə çoxsaylı hekayələr Malikin adına yazılmış yalandır.

İbn Teymiyyə əl-Hərrani, Məcmu əl-fətava, c.26, s.147; Məcmu əl-malik Fəhd li-Tibaat əl-Mushəf əş-Şərif, Mədinə, 1425/2004 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Məcmu əl-fətava, c.26, s.147; Məcmu əl-malik Fəhd li-Tibaat əl-Mushəf əş-Şərif, Mədinə, 1425/2004

Kitabı yükləmək üçün: ÜNVAN

İbn Teymiyyənin iddialarına cavab:

İbn əz-Ziya Muhəmməd bin Əhməd (789-854 h/1387-1450 m) «Tarixu Məkkə» adlı kitabında dedi:

رواه الحافظ ابن بَشْكُوَال ، ثم القاضي عياض رحمه الله في «الشفاء». قال ابنماعة: ولا يلتفت إلى قول من زعم أنه موضوع، لهواه الذي أراده

Bunu əl-Hafiz ibn Bəşkuvəl, sonra isə əl-Qazi İyaz «əş-Şifa» kitabında rəvayət etmişdir. İbn Cəmaa dedi: «Havasına uyaraq, bu hekayənin uydurma olduğunu söyləyənin sözünə iltifat (diqqət) edilməz.»

İbn əz-Ziya Muhəmməd bin Əhməd, Tarixu Məkkə, s.342; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1424/2004; təhqiq: Əla İbrahim və Ayman Nəsr (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

Fotoşəkil: İbn əz-Ziya Muhəmməd bin Əhməd, Tarixu Məkkə, s.342; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1997

Kitabı yükləmək üçün: ÜNVAN

Şihəb əd-Din əl-Xəfaci (977-1069 h/1569-1659 m) «Nəsim ər-riyaz fi şərh Şifa əl-Qazi İyaz» adlı əsərində deyir:

وفي هذا رد على ما قاله ابن تيمية من أن استقبال القبر الشريف في الدعاء عند الزيارة أمر منكر لم يقل به أحد ولم يرو إلا في حكاية مفتراة على مالك، يعنى هذا القصة التي أوردها المصنف رحمه الله هنا ، ولله دَرُّه حيث أوردها بسند صحيح وذكر أنه تلقَّاها عن عدة من ثقات مشايخه

Bu qissədə İbn Teymiyyənin «Ziyarət əsnasında dua edərkən şərəfli qəbrə yönəlmək münkər işdir, kimsə belə bir şey deməmişdir və bu sadəcə Malikə iftira atılmış bir hekayədə nəql edilmişdir» sözlərinə rədd var. İftiradan qəsdi musannifin (Qazi İyaz) – Allah ona rəhmət etsin – burada zikr etdiyi qissədir. Afərin Qazi İyaza! Çünki o, qissəni səhih sənədlə rəvayət etmiş və onu güvənilən şeyxlərinin bir neçəsindən aldığını zikr etmişdir.

Şihəb əd-Din əl-Xəfaci, Nəsim ər-riyaz fi şərh Şifa əl-Qazi İyaz, c.4, s.486; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1421/2001; təhqiq: Muhəmməd Əbd əl-Qadir Ata

 

 

 

 

 

 

Fotoşəkil: Şihəb əd-Din əl-Xəfaci, Nəsim ər-riyaz fi şərh Şifa əl-Qazi İyaz, c.4, s.486; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1421/2001; təhqiq: Muhəmməd Əbd əl-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN

Əllamə əz-Zərqani əl-Maliki (1055-1122 h)  İbn Teymiyyənin «Malik də bu əməli məkruh hesab edən böyük alimlərdəndir» sözləri haqqında yazır:

كذا قال, وهو خطأ قبيح, فإن كتب المالكية طافحة باستحباب الدعاء عند القبر مستقبلًا له مستدبر القبلة

Bu, çox kobud bir xətadır. Malikilərin kitabları qəbrin yanında dua zamanı üzü Peyğəmbərə (s), arxası qibləyə durmaq barədə dəlillərlə doludur.

Əllamə əz-Zərqani, Şərh əl-məvahib əl-ləduniyyə, c.12, s.194; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1996 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə əz-Zərqani, Şərh əl-məvahib əl-ləduniyyə, c.12, s.194; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1996

Kitabı yükləmək üçün: ÜNVAN

Həmçinin o, İbn Teymiyyənin «Malikin Mənsura üzü qəbrə tərəf dua etməsini əmr etməsi barədə çoxsaylı hekayələr Malikin adına yazılmış yalandır» sözləri haqqında yazır:

هذا تهوّر عجيب، فإن الحكاية رواها أبو الحسن علي بن فهر في كتابه: فضائل مالك, بإسنادٍ لا بأس به، وأخرجها القاضي عياض في الشفاء من طريقه, عن شيوخ عدة من ثقات مشايخه، فمن أين أنها كذب, وليس في إسنادها وضَّاع ولا كذَّاب

Qəribə bir ehtiyatsızlıqdır. Bu hekayəni Əbu əl-Həsən Əli bin Fihr «Fəzailu Malik» adlı kitabında «lə bəsə bih» (problemsiz) bir isnadla rəvayət etmişdir. Həmçinin əl-Qazi İyaz bu hekayəni «əş-Şifa»da onun (Əbu əl-Həsənin) kanalıyla güvənilir şeyxlərinin bir neçəsindən rəvayət etmişdir. (Ey İbn Teymiyyə!) Yalan olduğunu hardan çırdırsan? Halbuki, sənədində uydurma və yalan danışan şəxslər yoxdur.

Əllamə əz-Zərqani, Şərh əl-məvahib əl-ləduniyyə, c.12, s.194; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1996 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə əz-Zərqani, Şərh əl-məvahib əl-ləduniyyə, c.12, s.194; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1996

Kitabı yükləmək üçün: ÜNVAN

Öz zamanında Məkkənin baş müftisi olmuş böyük  şafei alimi Əhməd Zeyni Dehlan (1231-1304 h) yazır:

وذكر علماء المناسك ايضًا ان استقبال قبره الشريف صّلى الله عليه و سّلم وقت الزيارة و الدعاء افضل من استقبال القبلة قال العلامة المحقق الكمال ابن الهمام ان استقبال القبر الشريف افضل من استقبلا القبلة

Həmçinin Həcc qaydaları üzrə mütəxəssis alimlər demişlər ki, Peyğəmbər qəbrini ziyarət və dua əsnasında üzü qəbrə tərəf durmaq qibləyə tərəf durmaqdan daha üstündür. Tədqiqatçı alim əl-Kəmal ibn əl-Humam deyir: «Üzünü Peyğəmbərin qəbrinə çevirmək, qibləyə çevirməkdən daha üstündür.»

قال من السنة استقبال القبر المكرم و جعل الظهر للقبلة و سبق ابن الهمام في النص على ذلك العلامة ابن جماعة فانه نقل استحباب استقبال القبر عن الامام أبي حنيفة رضي الله عنه و ردّ على الكرماني في انه يستقبل القبلة فقال انه ليس بشئ

Hələ İbn Humamdan qabaq Əllamə İbn Cəmaa Əbu Hənifəyə istinad edərək qəbrə tərəf durmağın müstəhəb olmasını nəql etmiş və əl-Kirmaninin «Üzünü qibləyə çevirmək daha üstündür» sözünü rədd etmiş və bu görüş haqqında «bir şey deyildir» demişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Əhməd Zeyni Dehlan, Durar əs-saniyə, s.12 və s.25; İxlaq Vəqfi, İstanbul, 1422/2002

Kitabı yükləmək üçün: ÜNVAN

Göründüyü kimi əhli-sünnə alimləri bunda heç bir problem görmürlər.

Hazırladı: 313news.net (bəzi istinadlarda ehlitevhid forumundan istifadə edilmişdir)

Yerləşdirilib: 25 Oktyabr, 2013  02:48 Baxılıb: 2254 Çap
Məqalələr