На русском

Fətvalar

Sələfi aliminin naməhrəmlə görüşməklə bağlı «Peyğəmbərdən icazəsi»

Sələfi «alim»lərindən olan Şeyx Əbd əl-Lətif Məhmud özünün şəxsi twitter səhifəsində təhslini tamamlayan qızların qeyd etdiyi mərasimdə onlara əl uzadıb görüşdüyünü əks etdirən şəkilə belə bir şərh verib:

Peyğəmbəri yuxuda gördüm və mənə belə dedi: «Qızlar ilə əl ilə görüşmək din alimləri üçün caizdir.» Odur ki, bu şəkildə qızlarla əl verdim görüşdüm.

 

 

 

 

 

 

Sələfi etiqadına görə, əgər bir şəxs yuxuda Peyğəmbəri (s) görərsə, həqiqətən onu (s) görmüşdür, çünki İblis Peyğəmbərin (s) cildinə girə bilməz. İndi buradan belə çıxır ki, ya Peyğəmbər (s) dinə zidd fətva verib (Nəuzubillah!), ya da bu sələfi şeyxi öz əməlinə haqq qazandırmaqdan ötrü Peyğəmbərə (s) iftira atıb.

Belə ki, naməhrəmlə təmasın qadağan olmasını demək olar ki hamı bilir. Biz yenə də hər ehtimala qarşı sələfilərin öz fətvalarına müraciət edirik:

İslam dini naməhrəm qadınla əl verib görüşməyi qadağan edir. Çünki bu fitnədir. Kişi üçün fitnənin ən böyük formalarından biri naməhrəm qadınla əl ilə görüşməkdir. (MƏNBƏ)

Şeytanın şərrindən Allaha sığınırıq və nəticə çıxarmağı oxucularımızın öhdəsinə buraxırıq.

Tərcümə: Zaur Məmmədov (Xaçmaz)

Əlavələr: 313news.net

Yerləşdirilib: 2 Fevral, 2014  02:42 Baxılıb: 1682 Çap
Məqalələr