На русском

İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

[pagename:İddia|Müqəddimə|Bidətin mənaları və onun əsasları|Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri|Peyğəmbərin (s) sirəsində ağlamaq və göz yaşı tökməyin yerləri|Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) əzadarlığı|Məsumların (ə) sirəsində İmam Hüseyn (ə) əzadarlığı|Əzadarlıq barəsində səhabənin əməli üslubu|Əhli-sünnədə əzadarlıq|Xülasə]

Məqalənin PDF sənəd versiyasını BURADAN yükləyə bilərsiniz.

İddia

Bağışlayan və Mehriban Allahın adı ilə

Tarix boyu  daim vəhhabilər tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır. Bu barədə vəhhabilərin ideoloqu olan İbn Teymiyyə deyir:

ومن حماقتهم إقامه المأتم والنياحه على من قد قتل من سنين عديده

Şiələrin axmaqlıqlarından biri də budur ki, illər öncə öldürülən bir kəsə əza məclisi təşkil edirlər.

İbn Teymiyyə, Minhac əs-sünnə ən-nəbəviyyə, c. 1, s. 52

وصار الشيطان بسبب قتل الحسين رضي الله عنه يحدث للناس بدعتين، بدعه الحزن والبكاء والنوح يوم عاشوراء... وبدعه السرور والفرح.

Şeytan İmam Hüseynin (ə) öldürülməsi ilə əlaqədar insanlar üçün iki bidət icad etdi:

1. Aşura günü hüzn, ağlamaq, ah-nalə etmək bidəti;

2. Şadlıq və sevinc bidəti.

İbn Teymiyyə, Minhac əs-sünnə ən-nəbəviyyə, c. 4, s. 334-553

Yenə də İbn Teymiyyənin sözünə oxşar aşağıdakı mətndə gəlmişdir:

الروافض لما ابتدعوا إقامه المأتم وإظهار الحزن يوم عاشوراء لكون الحسين قتل فيه...

Şiələr İmam Hüseynin (ə) öldürüldüyünə görə Aşura günü matəm saxlamağı bidət qoydular.

İbn Abidin, Haşiyə rədd əl-muxtar, c. 2, s. 599

Vəhhabilərin İmam Hüseynin (ə) əzadarlığı barəsində ortaya atdıqları ən əsas şübhələrə aşağıdakı bölmələrdə cavab veriləcək:

1-ci hissə: Bidətin mənaları və onun əsasları

2-ci hissə: Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri

3-cü hissə: Peyğəmbərin (s) sirəsində ağlamaq və göz yaşı tökməyin yerləri

4-cü hissə: Peyğəmbər (s) sünnəsində İmam Hüseyn (ə) əzadarlığı

5-ci hissə: Məsumların (ə) sirəsində İmam Hüseyn (ə) əzadarlığı

6-cı hissə: Əzadarlıq barəsində səhabənin əməli üslubu

7-ci hissə: Əhli-sünnədə əzadarlıq

10 səhifədən 112345»»»
Yerləşdirilib: 28 Oktyabr, 2014  11:25 Baxılıb: 4728 Çap
Məqalələr