На русском

14 Məsum

İmam əl-Baqirin (ə) özü üçün əzadarlıq edilməsi barəsindən göstərişi

Bu rəvayət mötəbər sənədlə şiənin rəvayət mənbələrində nəql olunmuşdur. Bəziləri bu hədisi səhih, bəziləri isə müvəssəq hesab etmişdir.

Rəvayətin məzmunu bundan ibarətdir ki, İmam əl-Baqir (ə) bir qədər pul ayıraraq öz övladına vəsiyyət etdi ki, onun üçün Minada 10 il müddətində əzadarlıq keçirsinlər və o pulu da əzadarlığa, o cümlədən orada iştirak edən növhəxana və s.-yə xərcləsinlər. Mərhum əl-Kuleyni rəvayətin mətnini öz sənədilə Əbi Əbdillahdan (əleyhis-səlam), yəni İmam Sadiqdən (əleyhis-səlam) belə nəql edir:

عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قَالَ قَالَ لِي أَبِي يَا جَعْفَرُ أَوْقِفْ لِي مِنْ مَالِي كَذَا وَ كَذَا لِنَوَادِبَ تَنْدُبُنِي عَشْرَ سِنِينَ بِمِنًى أَيَّامَ مِنًى.

Bir qrup şiə ravi Əhməd ibn Yunusdan, o da Əli ibn Həkəmdən, o da Yunus ibn Yəqubdan, o da İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Atam (əl-Baqir) mənə buyurdu: “Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!”

Muhəmməd ibn Yəqub əl-Kuleyni, Üsul min əl-Kafi, c. 5, s. 117,  h. 1, Bab kəsb ən-naihə, Naşir: İslamiyyə, Tehran, 2-ci çap, 1362, h. ş

Şeyx ət-Tusi də bu rəvayəti həmin sənəd və mətnlə nəql etmişdir.

Şeyx ət-Tusi, Təhzib əl-əhkam, c. 6, s. 358, Təhqiq: Seyid Həsən Musəvi Xorasani, Naşir: Dar əl-kutub əl-İslamiyyə, Tehran, 4-cü çap, 1365 h. ş

Bu hədisi səhih hesab edən şiə alimləri

Bu rəvayət sənəd etibarı ilə mötəbərdir. Şiə alimləri də bu hədisi səhih hesab edirlər. Buna görə də biz tək-tək raviləri araşdırmırıq və alimlərin bu rəvayətin sənədləri barədə olan fikirləri ilə kifayətlənirik:

1. Əllamə əl-Hilli (v. 726 h.q)

Əllamə əl-Hilli şiənin seçilmiş alimlərindəndir. O, bu hədisin sənədini səhih hesab edir və belə deyir:

روى الشيخ في الصحيح عن يونس بن يعقوب عن أبي عبد الله عليه السلام قال قال لي أبي عبد الله صلى الله عليه وآله يا جعفر أوقف لي من مالي كذا وكذا النواد ب يندبني عشر سنين معنى أيام لنا.

Şeyx səhih bir rəvayətdə Yunus ibn Yəqubdan, o da İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Atam (əl-Baqir) mənə buyurdu: “Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!”

Əllamə əl-Hilli, Muntəh əl-mətləb fi təhqiq əl-məzhəb, c. 2, s. 1012, Təhqiq: Qism əl-fiqh fi məcmə əl-buhus əl-İslamiyyə, Naşir: Məcmə əl-buhus əl-İslamiyyə, İran-Məşhəd, Muəssisə ət-təb və ən-nəşr fi əl-astanə ər-Rəzəviyyə əl-muqəddəsə çapxanası, 1-ci çap, 1412 h. q

2. Əllamə əl-Məclisi I (v. 1070 h. q)

Əllamə Məhəmməd Təqi Məclisi (ona birinci Məclisi də deyirlər) “Rövzət əl-muttəqin” kitabında açıq-aşkar bu rəvayətin müvəssəq olduğunu qeyd edir və bunun səhihlə eyni dərəcədə olduğunu vurğulayır:

روى الشيخان في الموثق كالصحيح، عن يونس بن يعقوب، عن أبي عبد الله عليه السلام قال: قال لي أبي: يا جعفر أوقف‏ لي‏ من‏ مالي‏ كذا و كذا، لنوادب تندبني عشر سنين بمنى أيام منى‏.

Şeyx Kuleyni və Şeyx Tusi səhih hədislə eyni dərəcədə olan müvəssəq bir hədisdə Yunus ibn Yəqubdan, o da İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Atam (əl-Baqir) mənə buyurdu: “Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!”

Məhəmməd Təqi əl-Məclisi, Rövzətul muttəqin fi şərhi Mən la yəhzuruh əl-fəqih (Qədim çap), c. 6, s. 423, Qum, 2-ci çap, 1406 h. q

3. Məhəmməd Baqir əl-Məclisi (II Məclisi)

Məhəmməd Baqir əl-Məclisi özünün iki kitabında bu rəvayətin sənədinin müvəssəq olduğunu vurğulayır:

الحديث السادس و الأربعون و المائة: موثق.

146-cı hədis müvəssəqdir.

Məhəmməd Baqir əl-Məclisi, Milaz əl-əxyar fi fəhmi təhzib əl-əxbar, c. 10, s. 336, Qum, 1-ci çap, 1406 h. q

باب كسب النائحة الحديث الأول‏: موثق.

“Kəsb ən-naihə” babının 1-ci hədisi müvəssəqdir.

Məhəmməd Baqir əl-Məclisi, Mirat əl-uqul fi şərhi əxbari Al ər-Rəsul, c. 19, s. 75, Tehran, 2-ci çap, 1404 h. q

4. Mühəqqiq əl-Bəhrani (v. 1186 h. q)

Bəhrani meyitə ağlamağın caiz olub-olmaması barədə açıq-aşkar bildirir ki, şiə alimləri bunu harama düşməmək şərti ilə caiz hesab edirlər. Bu fikir şiə alimləri arasında məşhurdur.  Meyitə ağlamağın caiz olmasının dəlillərindən biri də elə bizim qeyd edəcəyimiz bu rəvayətdir:

وأما الأخبار فمنها ما دل على الجواز ومن ذلك ما رواه في الكافي في الصحيح عن يونس بن يعقوب عن الصادق ( عليه السلام ) قال : قال لي أبي يا جعفر أوقف لي من مالي كذا لنوادب تندبني عشر سنين بمنى أيام منى

Rəvayətlərin bəzisi ağlamaq və növhəxanlığın caiz olmasına dəlalət edir: O rəvayətlərdən biri də Kuleyninin Kafidə səhih bir rəvayətdə Yunus ibn Yəqubdan, o da İmam Sadiqdən (ə) nəql etdiyi bu hədisdir: (Atam dedi:) "Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!"

Şeyx Yusif əl-Bəhrani, əl-Hədaiq ən-nazirə fi əhkam əl-İtrət ət-Tahirə, c. 4, s. 165, Naşir: Muəssisə ən-nəşr əl-İslami ət-tabiə licəmaə əl-mudərrisin bi Qum əl-muşərrəfə, Əhli-beyt (ə) məktəbinin proqramına əsasən

O, öz kitabının başqa yerində yazır ki, əgər növhə oxumaq batil sözlərlə olmazsa, bu iş caizdir və yuxarıda qeyd etdiyimiz hədisi dəlil olaraq gətirir, lakin bu hədisi bu yerdə müvəssəq hesab edir.

ومنها : ما رواه في الكافي والتهذيب في الموثق عن يونس بن يعقوب ، عن الصادق عليه السلام ، قال: قال لي أبي : يا جعفر ، أوقف لي من مالي كذا وكذا ...

O, rəvayətlərdən biri də "əl-Kafi"də və "ət-Təhzib"də gəlmiş müvəssəq bir rəvayətdə Yunus ibn Yəqubdan, o da İmam Sadiqdən (ə) nəql etdiyi bu hədisdir: Atam dedi: “Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!”

Şeyx Yusif əl-Bəhrani, əl-Hədaiq ən-nazirə fi əhkam əl-İtrət ət-Tahirə, c. 18, s. 136, Naşir: Muəssisə ən-nəşr əl-İslami ət-tabiə licəmaə əl-mudərrisin bi Qum əl-muşərrəfə, Əhli-beyt (ə) məktəbinin proqramına əsasən

5. Sahibi-Cəvahir (v. 1266 h. q)

O da bu hədisi səhih hesab etmişdir:

وعن الصادق ( عليه السلام ) في الصحيح أنه قال أبي : يا جعفر أوقف لي من مالي كذا وكذا لنوادب تندبني عشر سنين بمنى أيام منى.

İmam Sadiqdən (ə) səhih bir rəvayətdə belə nəql olunmuşdur: Atam dedi: “Ey Cəfər, malımdan filan qədər pulu 10 il müddətində Həcc mərasimi zamanı Minada növhəxanlar mənim üçün növhə oxumaları üçün vəqf elə!”

Şeyx əl-Cəvahiri, Cəvahir əl-kəlam, c. 4, s. 366

Nəticə: Rəvayətin sənədi mötəbərdir, bu rəvayətə əsasən meyit üçün əzadarlıq etməyin eybi yoxdur. Əgər bu əzadarlıq bidət olsaydı və ya caiz olmasaydı, heç vaxt İmam Baqir (ə) belə bir göstərişi verməzdi.

Son qeydlər

1-ci qeyd: İmam Baqir (ə) üçün ayrılmış xərc

Yuxarıdakı hədisdə bildirildi ki, İmam Baqir (ə) özü üçün əzadarlıq keçirilməsi üçün bir miqdar ayırmış və 10 il müddətində bu əzadarlığın Minada keçirilməsi barəsində vəsiyyət etmişdir. Lakin bu ayrılan malın nə qədər olması bu rəvayətdə bəyan olunmayıb və “filan qədər” ibarəsi ilə kifayətlənmişdir. Lakin başqa bir rəvayətdə bu əzadarlıq üçün o Həzrətin (ə) 800 dirhəm (80 dinar) ayırdığı qeyd olunur:

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ حَمَّادِ بْنِ عِيسَى عَنْ حَرِيزٍ أَوْ غَيْرِهِ قَالَ أَوْصَى أَبُو جَعْفَرٍ عليه السلام بِثَمَانِمِائَةِ دِرْهَمٍ لِمَأْتَمِهِ وَ كَانَ يَرَى ذَلِكَ مِنَ السُّنَّةِ لِأَنَّ رَسُولَ اللَّهِ صلي الله عليه وآله قَالَ اتَّخِذُوا لآِلِ جَعْفَرٍ طَعَاماً فَقَدْ شُغِلُوا.

Əli ibn İbrahim atasından, o da Həmmad ibn İsadan, o da Hərizdən və başqalarından rəvayət edir ki, İmam Baqir (ə) bu əzadarlıq üçün 800 dirhəm ayrılmasını vəsiyyət etmiş və bunu sünnə hesab etmişdir. Çünki Peyğəmbər (s) Cəfər Təyyar şəhid olandan sonra buyurmuşdur: “Cəfərin ailəsinə yemək aparın, çünki onlar əzadarlıq etməklə məşğuldurlar.”

Muhəmməd ibn Yəqub əl-Kuleyni, Üsul min əl-Kafi, c. 3, s. 217, h. 4, Naşir: İslamiyyə, Tehran, 2-ci çap, 1362 h. ş

2-ci qeyd: Pak İmamlar (ə) üçün əzadarlıq etmək müstəhəbdir

Bu rəvayət İmamlar (ə) üçün əzadarlıq etməyin müstəhəb olmasına da dəlalət edir. Bunun özü İmam Hüseynə (ə) məhərrəm, səfər və digər aylarda əzadarlıq edənlərdən eyib tutanlara və bunu bidət hesab edənlərə tutarlı bir cavabdır.

I Əllamə Məclisi yuxarıdakı rəvayəti nəql edəndən sonra deyir:

و يدل على استحبابه، و الظاهر اختصاص ذلك بالأئمة صلوات الله عليهم لوجوه كثيرة (منها) أن لا ينسى المؤمنون إمامهم و يبكوا عليهم ليحصل لهم الأجر العظيم و يسهل عليهم موت الأقارب، و يذكر ظلم المتسمين بالخلافة عليهم، و يظهر كفر من يرضى بفعالهم و غيرها مما لا يحصى.

Bu rəvayət İmamlar üçün (ə) əzadarlıq keçirilməsinin müstəhəb olmasına dəlalət edir. Bu əzadarlığın müstəhəb olmasının İmamlara (ə) məxsus olmasının da bir neçə səbəbi vardır:

1. Möminlər öz imamlarını tanısınlar, böyük əcrə sahib olmaq üçün onlara ağlasınlar, öz yaxınlarının ölümü də onlar üçün asanlaşsın.

2. Xilafəti Əhli beytdən (ə) qəsb edən xəlifələrin zülmləri xatırlansın.

3. Xəlifələrin bu zülmlərindən razı olanların küfrü aşkara çıxsın

Bundan başqa səbəblər də var ki, onları saymaqla qurtarmaz.

Məhəmməd Təqi əl-Məclisi, Rövzətul muttəqin fi şərhi Mən la yəhzuruh əl-fəqih (Qədim çap), c. 6, s. 423, Qum, 2-ci çap, 1406 h. q

Əllamə Məhəmməd Baqir əl-Məclisi də (II Məclisi) bu barədə yazır:

و قال الوالد العلامة قدس سره: لعل ذلك لإبقاء المحبة في قلوبهم و بغض من قتلهم، فإنهما من أصل الإيمان، بخلاف غيرهم كما تقدم.

Atam Əllamə buyurmuşdur: “Bəlkə də İmam (ə) bu göstərişi möminlərin qəlblərində Əhli-beytin (ə)  məhəbbəti və qatillərinə də düşmənçilik qalsın deyə göstəriş vermişdir. Çünki bu iki şey (məhəbbət və düşmənçilik) imanın əsasıdır. Lakin Əhli-beytdən (ə) başqasına olan məhəbbət və onların düşmənlərindən başqalarına olan düşmənçilik əvvəldə də deyildiyi kimi belə deyildir.

Məhəmməd Baqir əl-Məclisi, Milaz əl-əxbar fi fəhmi təhzib əl-əxbar, c. 10, s. 336, Qum, 1-ci çap, 1406 h. q

Əllamə Məhəmməd Baqir əl-Məclisi başqa yerdə də bu rəvayəti İmamlar (ə) üçün əzadarlıq məclisləri təşkil etməyin müstəhəb olmasına dəlil gətirərək yazır:

و يدل على رجحان الندبة عليهم و إقامة مأتم لهم، لما فيه من تشييد حبهم و بغض ظالميهم في القلوب، و هما العمدة في الإيمان، و الظاهر اختصاصه بهم عليهم السلام لما ذكرنا.

Bu rəvayət İmamlar (ə) üçün növhə oxumaq, matəm məclisləri qurmağın yaxşı bir iş olmasına dəlalət edir. Çünki bu işdə Əhli beytə (ə) olan məhəbbət və onlara zülm edənlərə qarşı olan nifrət və düşmənçilik insanların qəlbində ikiqat artır. Bu iki amil imanın əsaslarındandır. Zahir budur ki, əzadarlıq məclislərinin qurulması İmamlara məxsusdur.

Məhəmməd Baqir Məclisi, Miratul uqul fi şərhi əxbar Al ər-Rəsul, c. 19, s. 76, Tehran, 2-ci çap, 1404 h. q

Cəvahir kitabının müəllifi də yuxarıdakı hədisi nəql edəndən sonra yazır:

وقد يستفاد منه استحباب ذلك إذا كان المندوب ذا صفات تستحق النشر ليقتدى بها.

Nəticə olaraq, bu rəvayətdən meyitə ağlamağın müstəhəb olması anlaşılır. Əgər növhə oxunulan adam yayılmağa ləyaqəti olan sifətlərə camaatın da yiyələnərək sahib olması üçün malik olarsa, heç bir eybi yoxdur.

Şeyx Cəvahiri, Cəvahir əl-kəlam, c. 4, s. 366

Əllamə Əmininin də bu hədis barədə olan təhlili maraqlıdır:

وفي تعيينه عليه السلام ظرف الندبة من الزمان والمكان لأنهما المجتمع الوحيد لزرافات المسلمين من أدنى البلاد وأقاصيها من كل فج عميق ، وليس لهم مجتمع يضاهيه في الكثرة ، دلالة واضحة على أن الغاية من ذلك إسماع الملأ الديني مآثر الفقيد " فقيد بيت الوحي " ومزاياه ، حتى تنعطف عليه القلوب ، وتحن إليه الأفئدة ، ويكونوا على أمم من أمره ، وبمقربة من اعتناق مذهبه ، فيحدوهم ذلك بتكرار الندبة في كل سنة إلى الالتحاق به ، والبخوع لحقه ، والقول بإمامته ، والتحلي بمكارم أخلاقه ، والأخذ بتعالميه المنجية ، وعلى هذا الأساس الديني القويم أسست المآتم والمواكب الحسينية ، ليس إلا .

İmam Baqir (ə) öz əzası üçün ona görə zaman və məkan təyin etmişdir ki, o zaman və məkanda müsəlmanlar dünyanın uzaq və yaxın məntəqələrdən oraya toplaşsınlar və heç bir topluluq bu topluluqdan çox olmasın. Bu məsələ açıq-aşkar bu işin məqsədinin vəhy evindən köçmüş həmin imamın qoyduğu irsi (kəlamları, fəzilətləri, məqamı), onun seçilmiş xüsusiyyətlərini, qəlblərin diqqət və meyllərinin onlara tərəf istiqamətləndirilməsi üçün insanlara çatdırmalarına bir dəlildir. O böyük şəxsiyyətə tabe olan ümmət kimi oraya toplaşanlar da o şəxsiyyətə tabe olsunlar və onun məzhəbini öz ağuşlarına alsınlar. Onları hər il təkrarən bu əzadarlığıa çağırırlar ki, Əhli-beytə (ə) qovuşsunlar, onların haqqını etiraf edib, imam olmalarını qəbul edib,  Əhli-beytin (ə) əxlaqi dəyərləri ilə özlərini bəzəyərək, onların nicat bəxş edən təlimlərinə əməl etsinlər. İmam Hüseyn (ə) üçün də qurulan əzadarlıqlar və əzadarlıq heyətləri sırf bu şeylərə görə təsis olunmuşdur.

Əllamə Əmini, Əl-Qədir, c. 2, s. 21

Deməli, İmam Baqirin (ə) bu işi Əhli-beyti (ə) tanıtdırmaq, onların maarifini yaymaq, insanların diqqətini Peyğəmbərin (ə) Əhli-beytinə tərəf istiqamətləndirmək və onları hidayət etmək məqsədi daşıyır.

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcüməçi: Fərhad Mirzə

Redaktor: 313news.net

Yerləşdirilib: 24 Oktyabr, 2014  18:43 Baxılıb: 1185 Çap
Məqalələr