На русском

Sələfi şeyxi Saleh ibn Əbdül-Əziz Ali əş-Şeyx "Zumər, 56" ayəsini təvil edir!

1996-2014-cü illər ərzində Səudiyyə Ərəbistanı Krallığının İslam məsələləri, vəqflər, dəvət və irşad naziri olmuş Saleh ibn Əbdül-Əziz Ali əş-Şeyx "Əqidə ət-Təhaviyə" kitabının şərhində deyir:

س: هل من صفات الله تعالى الجَنْبْ لقوله تعالى {عَلَى مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ}[الزمر:56[؟
ج: هذه مما اختلف فيها من أهل السنة، هل يُطْلَقُ القول بإثباتها أم لا؟
والواجب هو الإيمان بظاهر الكلام، وهل الظاهر هنا في إطلاق صفة الجنب هل هو الظاهر الصفة؟ أم الظاهر غير ذلك؟ الراجح أنَّ الظاهر غير ذلك وأنه ليس المقصود من قوله: {عَلَى مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ} أنَّ المقصود الجنب الذي هو الجنب، لأنَّ العرب تستعمل هذه الكلمة وتريد بها الجَنَاب لا الجَنْبْ يعني الجهة، إنما تقصد الجناب المعنوي. {عَلَى مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ} يعني في حق الله، في ما يستحق الله  عز وجل.  فمن أهل العلم من أثبتها لكن ليس ذلك هو ظاهر الكلام.

Sual: Görəsən “Allah barədə etdiyim təqsirlərə görə...” (Zumər surəsi, 56) ayəsinə əsasən, Allahu-təalaya “böyür” sifəti nisbət vermək olarmı?

Mütərcimin qeydi: ayənin orijinalında “cənb” sözü işlənmişdir ki, bu da hərfi mənada “yan”, “tərəf”, “böyür” mənalarına gəlir. Lakin, söz məcazi mənada işləndiyinə görə “barədə” şəklində tərcümə edilir. Hərfi mənada tərcümə belə olur: “Allahın böyründə etdiyim təqsirlərə görə”

Cavab: Bu mövzuda əhli-sünnə arasında ixtilaf edilmişdir. Bu mənada ki görəsən, bu ayəyə əsasən Allah üçün bu sifəti sabit etmək olar, yoxsa yox?

Vacib olan, sözün zahirinə iman gətirməkdir. Görəsən burada zahir “böyür” sifətinin həqiqi mənasıdır, yoxsa, zahir bundan başqa bir şeydir?

Üstün nəzər budur ki, zahir başqa bir şeydir. “Allahın böyründə etdiyim təqsirlərə görə” ayəsindəki “cənb” (böyür) sözü bizim bildiyimiz böyür deyildir. Çünki ərəblər bu sözü (cənb sözünü) işlətdikləri zaman yönü nəzərdə tuturlar, tərəfi, yəni: cəhəti deyil. Onlar bununla məhz mənəvi yönü nəzərdə tuturlar. “Allahın böyründə etdiyim təqsirlərə görə”, yəni: Allah barədə, Allah haqqında və Allahın layiq olduğu şeylər (ibadət, itaət və s.) barədə etdiyim təqsirlərə görə.

Elm əhli arasında bəziləri Allah üçün bu sifəti sabit etmişlər, lakin sözün zahiri bu deyildir.

 

 

 

 

 

 

Fotoşəkil: Saleh ibn Əbdül-Əziz Ali əş-Şeyx, Şərh Əqidə ət-Təhaviyyə, c.2, s.1204; Dar əl-Məvəddə, Mənsuriyyə, Misir, 1431/2011

Suallarımız:

1. Şeyxin sözündən belə başa düşülür ki, əhli-sünnənin bəzisi Allahın böyrü olduğunu demişdir. Elə isə bu təcsim deyil də nədir?

2. Nə üçün xəbəri sifətlərin təvilini şiddətlə inkar edən vəhhabi məhzəbinin nümayəndəsi olan Şeyx bu məqamda təvilə üz tutur?

3. Şeyx hansı dəlilə əsasən “böyür” sözünün zahiri mənada deyil, məcazi mənada olduğunu qəbul edir? Bəs nə üçün elə həmin dəlilə əsasən də “əl”, “ayaq”, “üz” və s. kimi sifətləri də məcazi mənada qəbul etmir?

313news.net

Yerləşdirilib: 21 Yanvar, 2015  12:25 Baxılıb: 1006 Çap
Məqalələr