На русском

Sələfi alimi əl-Albaninin Ayətullah Xomeyniyə iftirası

“Fətava əş-Şeyx əl-Albani” adlı kitabda Nasiruddin Albaninin belə bir sözü nəql olunur:

وما خبر الخمينى ووفاته والإعلان عن اتخاذ قبره كعبة يحج إليها الإيرانيون ، ما ذلك الخبر عنكم ببعيد

Xomeyninin vəfatı ilə bağlı gəlib çatan bu xəbər ki var, onun qəbri Kəbə seçilmişdir və iranlılar oraya həcc ziyarəti edirlər, onlar barədə bu xəbər uzaq deyildir.

 

 

 

 

 

 

Mənbə: Ukaşa Əbd əl-Mənnan ət-Tibi, Fətava əş-Şeyx əl-Əlbani, səh.12; Məktəbə ət-Turas əl-İslamiyyə, Qahirə, Misir, 1414/1994

Deməli, Albaninin fikrincə, Ayətullah Ruhullah Xomeyninin qəbrinin Kəbə qəbul edilməsi və iranlıların Məkkəyə getmək əvəzinə, onun qəbrinə həcc etmələri uzaq ehtimal deyildir! Şübhəsiz ki, Albani utanmasaydı, “bu xəbər səhihdir” də deyərdi. Lakin, bir qədər yumuşaq şəkildə bildirir ki, uzaq deyildir. Allah özü iftira atanlardan intiqam alandır.

Yerləşdirilib: 24 Yanvar, 2015  15:24 Baxılıb: 1108 Çap
Məqalələr