На русском

14 Məsum

Fəxrəddin ər-Razi: "Kim Əlini dini üçün imam qərar versə..."

Ər-Razi öz təfsirində (“ət-Təfsirul-kəbir” və ya “Məfatihul-ğeyb”) namazda “bəsmələ”nin uca səslə deyilməsi məsələsini müzakirə edərkən namazda “bəsmələ”nin uca səslə deyilməsi fikrinin daha münasib olduğunu bildirmiş, ardınca bunun üçün bir sıra dəlillər qeyd etmişdir. Dəlillər arasında İmam Əli (əleyhis-səlam)-ın bəsmələni uca səslə deməsini qeyd etmişdir. Bundan sonra isə demişdir:

السابع : أن الدلائل العقلية موافقة لنا , وعمل علي بن أبي طالب عليه السلام معنا , ومن اتخذ علياًّ إماماً في لدينه فقد استمسك بالعروة الوثقى في دينه ونفسه.

Yeddinci: əqli dəlillər bizim (nəzərimizə) müvafiqdir. Əli ibn Əbu Talib əleyhis-səlamın əməli də bizim tərəfimizdədir. Kim Əlini dini üçün imam qərar versə, dinində və öz (şəxsi həyatın)da qırılmaz ipdən yapışmış olar.

 

 

 

 

 

 

 

Fotoşəkil: Fəxrəddin ər-Razi, ət-Təfsirul-kəbir, c.1, səh.212; Darul-Fikr, Beyrut, 1401/1981

Biz də Razinin sözünü təsdiq edərək deyirik ki, bəli, kim başqalarını deyil də məhz Əmirəlmöminin Əli ibn Əbu Talibi öz dinində imam qərar versə, Allahın qırılmaz ipindən yapışmış olar. İnsanlar bidətlərə və azğınlıqlara düşdüyü zaman o şəxs haqq yolda olar və nicat tapar.

Yerləşdirilib: 14 İyun, 2015  19:57 Baxılıb: 1208 Çap
Məqalələr