На русском

“Doğru yol və yanlış yol” proqramı - 9-cu veriliş: Vəhhabilərin zühuru barəsində Peyğəmbərin (s) öncədən xəbər verməsi, zamanın xəvaricləri və əhli-sünnə alimlərinin təsdiq etməsi

 

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salam və salavatı olsun sonuncu peyğəmbər olan Həzrət Muhəmməd Mustafaya (s). Siz əziz izləyiciləri də salamlayıram. “Vilayət” kanalında xoş gördük sizi. Bu gün yenə “Doğru yol və yanlış yol” proqramının silsiləvi verilişlərini sizə təqdim etməkdə davam edirik. Bildiyiniz kimi bu proqram vəhhabilik, onların tarixçəsi, əqidə və rəftarları, onlar haqqında digər məzhəblərin fikirləri, onların digər məzhəblər haqqında fikirləri haqqında danışır. Saat 23:00-a qədər bizimlə birlikdə olacağınıza görə əvvəlcədən təşəkkür edirəm. Bu gecə də keçən həftəki verilişlərə müvafiq olaraq, hörmətli ekspertimiz vəhhabilərin gözünün tikanı cənab ustad Yəzdani qonağımızdır. Ustad Yəzdani, salam əleykum və rəhmətullah!

Ustad Yəzdani: Mən də sizi və bütün “Vilayət” kanalının əziz izləyicilərini salamlayıram. Bu gecə də əziz izləyicilərə faydalı bir proqram və tarix boyu vəhhabiliyin rüsvayçılıq kitabından bir neçə vərəq təqdim edəcəyimizə ümidvaram.

Aparıcı: İnşallah belə olar. Lakin keçən verilişdə bizimlə olan əziz izləyicilər üçün ali-yəhud və Ali-Səud mövzusu haqqında söhbət olundu. Ustad Yəzdani Ali-Səudun həmin ali-yəhud olmasını sübut etdi. Lakin onların kimlər olduqlarını, haradan gəldiklərini və nə işlər gördüklərini sübut edən bir sıra mövzular da vardır. Bu həftə verilişin mövzusunu vəhhabi və xəvariclərə ayıracağıq və vəhhabilərin zamanın xəvaricləri olduqlarını sübut edəcəyik. İnşallah, bu mövzunun isbatı üçün ismət və təharət ailəsindən kömək diləyirik.

Ustad Yəzdani: Keçən həftə şeytanın buynuzlarının Muzər və Rəbiə qəbilələrindən çıxacağı haqqında Peyğəmbərdən (s) rəvayətlər oxuduq və Məhəmməd ibn Əbdül-Vəhhabın Muzər, Məhəmməd ibn Səudun Rəbiə qəbilələrindən olduqlarını sübut etdik. Peyğəmbərin (ə) öncəgörməsinə görə şeytanın buynuzunun bu iki qəbilənin ittihadı nəticəsində zühur edəcəyi müşahidə edilir və bu öncəgörmə artıq gerçəkləşmişdir. Həmçinin dedik ki, Peyğəmbərdən (s) nəql olunan digər rəvayətdə Bəni Təmimdən olan bir kişinin gəlib fitnələr törədəcəyi və axirəzzamanın xəvaricini yaradacağı deyilir. Onu da sabit etdik ki, Məhəmməd ibn Əbdül-Vəhhab Bəni Təmim qəbiləsindəndir. Yenə digər rəvayətlər haqqında da danışdıq ki, Ali-Səud Ənzə qəbiləsindəndir və Ənzə də həmin Xeybər yəhudilərindəndir. Bizim bu həftəki mövzumuz isə Peyğəmbərin (s) buyurduğu bu hədisdir: Axirəzzamandan bir qrup zühur edər, çoxlu Quran oxuyarlar, yaxşı sözlər danışarlar, lakin ox yaydan çıxdığı kimi dindən çıxarlar. Bunlar axirəzzamanın xəvaricləridir. Bunlara əli çatan hər müsəlman bunları öldürməlidir. Bu, Peyğəmbərin (s) açıq-aşkar göstərişidir. Bu rəvayətlər həm də “Səhih Buxari”də gəlmişdir. Bu gecə “Səhih Müslim”dən rəvayətlər göstərəcəyəm və dediyim mətləblərin əhli-sünnənin fikirlərini yayımlayan videoların vasitəsi ilə təsdiqləmək fikrim vardır.

“Səhih Buxari” kitabı, müəllifi Məhəmməd ibn İsmail Buxaridir. “Dar ibn Kəsir” çapı, 1423. Müəllif 252-ci səhifə, 1037-ci hədisdə Ömərin oğlundan belə nəql edir: Peyğəmbər (s) buyurmuşdur:

اللهم بارك في شامنا وفي يمننا قال : قالوا وفي نجدنا, قال: قال: هناك الزلازل والفتن وبها يطلع قرن الشيطان.


“İlahi, Şam və Yəmənimizi mübarək elə (oraları bərəkətli et)! Dedilər: “Bəs Nəcdimizi?” Həzrət (s) buyurdu: “Orada zəlzələlər və fitnələr olacaq. Şeytanın buynuzu oradan çıxacaq.”

İnşallah bu barədə əhli-sünnə alimlərinin fikirlərini bəyan edəcəyik ki, bu rəvayətdən məqsəd yalnız və yalnız vəhhabilərdir. Növbəti rəvayət 1755-ci səhifədə olan rəvayətdir. “Kitab əl-fitən”, 16-cı bab, “Bab qovl ən-Nəbiyy (s) əl-fitnə min qibəlil-məşriq”, 7093-cü hədis: İbn Ömər Peyğəmbərin (s) məşriqə tərəf işarə edərək belə buyurduğunu nəql edir:

ألا إن الفتنة هاهنا من حيث يطلع قرن الشيطان.


“Agah olun, fitnə burada – şeytanın buynuzunun çıxacağı yerdə olacaq”.

Növbəti rəvayət 7094:

ذكر النبي (ص) اللهم بارك في شامنا , اللهم بارك في يمننا , قالوا : يا رسول الله وفي نجدنا , قال : اللهم بارك في شامنا , اللهم بارك في يمننا , قالوا: وفي نجدنا , فأظنه قال في الثالثة : هناك الزلازل والفتن وبها يطلع قرن الشيطان.


Peyğəmbər (s) buyurdu: “İlahi, Şamımızı mübarək et! İlahi, Yəmənimizi mübarək et!” Dedilər: “Ey Allahın Rəsulu, bəs Nəcdimiz?” Həzrət (s) buyurdu: “İlahi, Şamımızı mübarək et! İlahi, Yəmənimizi mübarək et!” Dedilər: “Bəs Nəcdimiz?” Elə zənn edirəm ki, Həzrət (s) üçüncü dəfədə buyurdu: “Orada zəlzələlər və fitnələr olacaq. Şeytanın buynuzu oradan çıxacaq.”

Bu barədə rəvayətlər çoxdur, inşallah biz o rəvayətləri əhli-sünnə alimlərinin öz dilindən sizə təqdim edəcəyik. Lakin vaxtın darlığı səbəbindən onların hamısını oxuya bilməyəcəyəm.

Digər rəvayət isə “Səhih Müslim”dədir. Kitab Səudiyyənin ər-Riyad şəhərində “Dar ət-Tayyibə”də çap olunmuşdur. Müəllif kitabın 474-cü səhifəsində “Kitab əz-zəkat”da 48-ci babda – “Bab ət-təhriz əla qətl əl-xəvaric”də Suveyd ibn Ğəflədən Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) belə nəql etdiyini yazır:

سمعت رسول الله (ص) يقول : سيخرج في آخر الزمان قوم أحداث الأسنان , سفهاء الأحلام , يقولون من خير البرية , يقرأون القرآن لا يجاوز حناجرهم , يمرقون من الدين كما يمرق السهم من الرمية , فإذا لقيتموهم فاقتلوهم , فإن في قتلهم أجراً لمن قتلهم عند الله يوم القيامة.


Allah Rəsulunun (s) belə dediyini eşitdim: “Axır zamanda bir qrup yaşları az, ağılları (düşüncələri) səfeh olan şəxslər ortaya çıxacaq. Yaradılmışların ən yaxşı sözünü deyəcəklər (zahirdə ən yaxşı şüarları səsləndirəcəklər). Quran oxuyacaqlar, lakin oxuduqları Quran boğazlarından o tərəfə keçməyəcək. Ox yaydan çıxdığı kimi dindən çıxacaqlar. Onlarla qarşılaşdığınız zaman onları öldürün. Onları öldürənlər üçün qiyamət günündə Allah yanında savab olacaq.”

Bu, Allah Rəsulunun (s) göstərişidir. Bu rəvayət dəqiq surətdə vəhhabiliyə tətbiq olunur. Şəmsuddin Zəhəbinin fikrinə görə İbn Teymiyyə və onun ardıcılları olan bütün vəhhabilər ağıldan kəmdirlər. Qabaqda Zəhəbinin bu fikrini geniş surətdə açıqlayacağıq.

Birinci video: Şeyx Məhəmməd Zəğmut: Vəhhabilər xəvaricin nəslindəndirlər (00:10:52 – 00:16:41)

Aparıcı: Şeyx Məhəmməd Zəğmut, Fələstin İslami məclisinin rəhbəri, Allah sizin əcrinizi çox eləsin! Bu gün siz Fələstinin himayəçilərindən birini əldən verdiniz. Siz elə bir şəxsiyyəti əldən verdiniz ki, o, İslam ümmətini Fələstini müdafiə etmək üçün vəhdətə çağırırdı. O, elə bir şəxsiyyət idi ki, təfriqəyə səbəb olan bir söz belə danışmadı. Şeyx Məhəmməd, bu qəmli gün barəsində nə deyə bilərsiniz?

Şeyx Məhəmməd Zəğmut: Xütbə oxuyur və deyir: Allah Təala buyurur:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلاً


Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər. (Əhzab, 23).

Allah Rəsulu (s) buyurur: Alimlər peyğəmbərlərin varisləridir. Yenə də buyurur: Allah sevdiyi şəxsə şəhadət nəsib edər.

Əvvəlcə hər kəsə başsağlığı diləyirəm və Allahdan qardaşımın şəhadətini qəbul etməsini istəyirəm. Çünki o, mənim qardaşım kimi idi. Doktor Məhəmməd Əl-Butini yaxından tanıyırdım və birlikdə söhbət edirdik. Müsəlmanların mənfəətləri barəsində söhbət edirdik, vəhdət barəsində, fitnəni aradan aparan şeylər barəsində (söhbətlər edirdik). Bu şəxs bir ümmətə bərabər şəxs idi.

Onlar bu qədər pis işlər görürlər, məgər Peyğəmbərin (s) bu kəlamını eşitməyiblər: And olsun Allaha, Kəbəni dağıtmaq bir günahsiz müsəlmanı öldürməkdən daha asandır (günahı daha azdır). Necə olur ki, Allah Rəsulunun (s) sünnəsinə tabe olan bir alim, mübəlliğ, 60 ildən çox müsəlmanları müdafiə edən, mürəbbi və mübəlliğ bir şəxsi (öldürürlər)? Nə qədər alim ondan dərs oxuyublar, o, bir çox mübəlliğ tərbiyələndirmişdir. O, cidal və ixtilaf salmırdı. Çünki mən və o bilirdik ki, əgər Allah bir qövmə qəzəb etmək istəsə, onların arasına ixtilaf salar. Biz ixtilafdan uzaq gəzirdik.

Biz bütün məzhəbdən olan qardaşlarımızla söhbətlər edirdik. Onların üsuliddinlərini qəbul edirdik, onlar da bizdən qəbul edirdilər. Çünki müsəlmanlar əsas əqidə prinsiplərində icma ediblər. Lakin füruiddində ixtilaf olsa da, bunun heç bir problemi yoxdur.

Mən deyirəm ki, bu xəvaric nəslindən olan vəhhabilər bir xaricidən digər xariciyə ötürülərək bizim zamanımıza gəlib çıxıblar. Bu vəhhabilər ümmətin xəvarici, ümmətin qatilləri, Amerika və sionizmin köməkçiləridir. Bunlar ümmətin sonradan hazırlanmış düşmənləridir.

Aparıcı: Əl-Butini öldürən şəxs müsəlman idi. Onun şəhadətindən əvvəl başına Peyğəmbərin (s) əmmaməsini qoymuş və ələmlik iddiası edən şəxsdən bir söz eşitdim. O, Şeyx Məhəmməd Səid Ramazan əl-Butinin öldürülməsinə fətva vermişdi. Onun hörmətini sındırıb dininə və Peyğəmbərə (s) olan sevgisinə riayət etmədilər. Onu bütün nalayiq sifətlərlə ittiham etdilər. Sonra qanını mübah saydılar. Fələstin və Benyamin Netanyahunu, indi viran edilən Qüdsü unudan və Məhəmməd Səid Ramazan əl-Buti kimilərin öldürülməsinə fətva verən kəslər barəsində İslam dininin nəzəri nədir?

Şeyx Məhəmməd Zəğmut: Bu vəhhabilərin İslam və müsəlmanlara heç bir aidiyyatı yoxdur. Dediyim kimi bunlar bu ümmətin xəvaricidir. Bunlar sionizmin böyük tağut Amerikanın əli ilə yaranıblar. Bunlar CİA və MOSSAD-ın şagirdləridir.

Bunların hamısı və bunları müdafiə edən alimlər pis alimlərdir. Peyğəmbər (s) bunlar barəsində xəbər vermişdir. Onlar saray alimləridir və öz padşahlarının xeyrinə fətva verir, rəvayətləri padşahın xeyrinə təhrif edirlər. Bunlar Peyğəmbərin (s) buyurduğu bu kəlama şahiddirlər: İnsanların ən pisi öz dinlərini öz dünyalarına satanlardır. Onlardan da pisi odur ki, öz dinlərini başqalarının dünyasına satırlar. Bunlar dinlərini başqalarının dünyalarına görə satanlardır.

Aparıcı: Şeyx Zəxmutun vəhhabilər barəsində nə sözlər dediyini eşitdiniz. Onlar əhli-sünnə alimləridir və Peyğəmbərin (s) vəhhabilər barəsində nə buyurduğunu bilirlər. Bəlkə də bu rəvayətləri vəhhabilər üçün tətbiq etmək bəziləri üçün höccət sayılmır. Lakin bir əhli-sünnə alimi belə bir tətbiq edərsə və qəti olaraq belə sözlər danışarsa, gərək onlar üçün höccət hesab olunsun.

Ustad Yəzdani: Lakin tarix boyu əhli-sünnə alimləri vəhhabiləri açıq-aşkar zəmanənin xəvarici və şeytanın buynuzu hesab ediblər. Biz Məhəmməd ibn Əbdül-Vəhhaba ən yaxın olan alimlərdən başlayaq.

Şeyx Süleyman ibn Əbdül-Vəhhab: Vəhhabilər Peyğəmbərin (s) əvvəlcədən xəbər verdiyi

həmin xəvariclər və şeytanın buynuzlarıdır.

O, 1210-cu ildə Məhəmməd ibn Əbdül-Vəhhabdan 6 il əvvəl dünyadan getmişdir. Onun “Əs-Səvaiq əl-ilahiyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabı vəhhabilərin əleyhinə yazılmış ən yaxşı kitablardandır. Bu kitabı fiqhi-müqarin və İslam elmləri ixtisasında magistr dərəcəsi alan Əs-Səravi təhqiq etmişdir. 137-ci səhifə və sonrakı səhifələrdə yazır:

الفصل التاسع عشر حول قول النبي (ص) : رأس الكفر نحو المشرق.


19-cu fəsil: Peyğəmbərin (s) buyurduğu “küfrün başı şərq tərəfdən zühur edəcək” sözü barədədir.

ومما يدل على بطلان مذهبكم ما في الصحيحين عن أبي هريرة عن النبي (ص) أنه قال: رأس الكفر نحو المشرق.


Sizin məzhəbinizin (vəhhabiliyin) batil olmasına dəlalət edən şeylərdən biri də “Səhihi-Buxari” və “Səhihi-Müslim”də Əbu Hureyrənin Peyğəmbərdən (s) nəql etdiyi bu hədisdir: “Küfrün başı məşriq tərəfdədir.”

Bu birinci rəvayətdir. Mühəqqiq də səhifənin altında hədisin mənbəsini göstərmişdir: “Buxari”, c. 6, s. 450; “Müslim”, h. 52 və 85; Əhməd ibn Hənbəl, “Müsnəd”, c. 2, s. 418, 424, 506 və s.

İkinci rəvayət 138-ci səhifədədir:

وفي رواية : الإيمان يماني, والفتنة من هاهنا حيث يطلع قرن الشيطان.


“Başqa bir rəvayətdə isə deyilir: “İman Yəməndədir. Fitnə isə orada – şeytanın buynuzunun çıxacağı yerdədir.”

Yenə başqa bir rəvayətdə Abdullah ibn Ömər Allah Rəsulundan (s) nəql edir: Peyğəmbər (s) üzünü şərqə tərəf tutub buyurdu: “Fitnə orada zühur edəcək.”

Yenə də biz sizə göstərdiyimiz mənbələri mühəqqiq səhifənin altında göstərmişdir. Yenə növbəti səhifədə Buxaridən sizə əvvəlcə dediyimiz rəvayəti gətirmişdir:

ذكر النبي (ص) اللهم بارك في شامنا , اللهم بارك في يمننا , قالوا : يا رسول الله وفي نجدنا , قال : اللهم بارك في شامنا , اللهم بارك في يمننا , قالوا: وفي نجدنا , فأظنه قال في الثالثة : هناك الزلازل والفتن وبها يطلع قرن الشيطان.


Peyğəmbər (s) buyurdu: “İlahi, Şamımızı mübarək et! İlahi, Yəmənimizi mübarək et!” Dedilər: “Ey Allahın Rəsulu, bəs Nəcdimiz?”. Həzrət (s) buyurdu: “İlahi, Şamımızı mübarək et! İlahi, Yəmənimizi mübarək et!” Dedilər: “Bəs Nəcdimiz?”. Elə zənn edirəm ki, Həzrət (s) üçüncü dəfədə buyurdu: “Orada zəlzələlər və fitnələr olacaq. Şeytanın buynuzu oradan çıxacaq.”

Yenə də Əhməd ibn Hənbəldən bir rəvayət gətirir və növbəti səhifədə müəllif belə deyir:

أشهد أن رسول الله (ص) لصادق فصلوات الله وسلامه وبركاته عليه وعلى آله وصحبه أجمعين لقد أدى الأمانة وبلغ الرسالة.


Mən şəhadət verirəm ki, Allah Rəsulu düz demişdir. Allahın salavatı və salamı olsun ona, onun ailəsinə və bütün səhabələrinə. O, əmanəti əda etmiş və risaləti çatdırmışdır.”

Sonra müəllif İbn Teymiyyənin özündən nəql edir ki, Mədinənin şərqindən nəzərdə tutulan yer Müsəyləmə Kəzzabın zühur etdiyi yerdir. O məntəqə Nəcd məntəqəsidir. Vəhhabilər də oradan meydana gəliblər. Sonra bu rəvayətləri vəhhabiliyə necə tətbiq olunmasına dair dəlil gətirir. Sonra isə bir sıra rəvayətlər nəql edir. Onlardan birini qeyd edirik:

أن النبي (ص) ذكر أن الإيمان يماني , والفتنة تخرج من المشرق ذكرها مراراً.


Peyğəmbər (s) buyurmuşdur ki, iman Yəməndədir. Fitnə isə şərqdən zühur edəcək. Həzrət bunu bir neçə dəfə buyurmuşdur.”

Yenə başqa bir rəvayətdə Peyğəmbər (s) Hicaz camaatı üçün dəfələrlə dua edir, lakin Mədinənin şərqi üçün, xüsusi ilə Nəcd camaatı üçün dua etmir və ümumiyytlə buna hazır olmur. Müəllif növbəti səhifədə maraqlı mətləblər irəli sürür:

وأنتم الآن مذهبكم أنه يجب العامة اتباع مذهبكم وأن من اتبعه ولم يقدر على إظهاره في بلده وتكفير أهل بلده , وجبت عليه الهجرة إليكم وأنكم الطائفة المنصورة وهذا خلاف هذا الحديث فإن رسول الله (ص) أخبره الله بما هو كائن على أمته إلى يوم القيامة و هو (ص) أخبر بما يجري عليهم ومنهم, فلو علم أن بلاد المشرق خصوصاً نجد بلاد مسيلمة أنها تصير دار الإيمان وأن الطائفة المنصورة تكون بها... وأن الحرمين الشريفين واليمن تكون بلاد كفر تعبد فيها الأوثان وتجب الهجرة منها لأخبر بذلك. ولدعى لأهل المشرق خصوصاً نجد, ولدعى على الحرمين واليمن.


Bu gün sizin məzhəbiniz (əqidəniz və görüşünüz) bundan ibarətdir ki, hamı sizin məzhəbinizə tabe olmalıdır. Kim bu məzhəbə tabe olsa, lakin öz ölkəsində bunu izhar edə bilməsə, habelə öz ölkəsinin camaatını təkfir edə bilməsə sizə tərəf hicrət etməlidir. Özünüzü yardım edilən dəstə hesab edirsiniz. Halbuki bütün bunlar bu hədisə (Peyğəmbərin (s) Məkkə, Mədinə və Yəmən haqqında buyurduğu rəvayətə) müxalifdir. Belə ki, Allah qiyamətədək ümmətinin başına gələcək şeyləri Allah Rəsuluna (s) xəbər vermişdir.  Peyğəmbər (s) də ümmətinin başına gələcək və ümməti arasında baş verəcək şeyləri (onlara) xəbər vermişdir. Əgər Peyğəmbər şərq diyarlarının (məntəqələrinin), xüsusən də Müseyləmənin diyarı olan Nəcdin iman ölkəsinə çevriləcəyini bilsəydi, yardım edilən dəstənin orada olacağını bilsəydi... habelə Məkkə, Mədinə və Yəmənin küfr ölkəsinə çevriləcəyini, oralarda bütlərə pərəstiş ediləcəyini və oradan hicrət etməyin vacib olacağını bilsəydi, o zaman mütləq bunu xəbər verərdi. Məşriq camaatı üçün, xüsusən də Nəcd camaatı üçün dua edər, Məkkə, Mədinə və Yəmən camaatına isə qarğış edərdi.”

Sonra deyir:

فصل العشرون : قول النبي (ص) : لا أخشى عليكم أن تشركوا بعدي.


20-ci fəsil: Peyğəmbər (s) buyurmuşdur: “Məndən sonra sizin şirk etmənizdən qorxmuram”.

Bu fəsildə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

إني لست أخشى عليكم أن تشركوا بعدي , ولكن أخشى عليكم الدنيا...


Mən sizin məndən sonra müşrik olmacağınızdan qorxmuram, lakin dünyanın (sizə hakim olacağından) qorxuram…

Siz deyirsiniz ki, bütün müsəlmanlar Peyğəmbərdən (s) sonra müşrik olublar. Ta ki, İbn Teymiyyə gəldi, çalışdı, sonra onlar müsəlman oldular. İbn Teymiyyədən sonra yenə müşrik oldular. Bu, Məhəmməd ibn Əbdül-Vəhhabın zamanına qədər davam etdi. İndi də vəhhabilərdən başqa hamısı müşrikdirlər.

Bu, Allah Rəsulunun (s) buyurduğu ilə müxalifdir. Bu kitabda çox gözəl mətləblər vardır. Lakin biz onların hamısını oxuya bilmirik. İnşallah, gələcəkdə bunları da oxuyarıq.

Aparıcı: Bizim vəhhabilərin Peyğəmbərin (s) buyurduğu həmin xəvariclər barəsində hazırladığımız bir video vardır.

İkinci video: Mövləvi Şükrinin çıxışı: Vəhhabilər Zul-Xuveysərə Təmiminin nəslindəndirlər (00:25:47 - 00:29:45)

Mövləvi Şukri: Müsəlmanlar, bunların (vəhhabilərin) kökü haradan qaynaqlanır? Bunların kökü Zul-Xuveysərədir. Bu şəxs Peyğəmbərə (s) qarşı ədəbsizlik etmişdir. Bu şəxs dar düşüncəli, təkəbbürlü və özündən razı bir adam idi. O, Allahlıq iddiası da edirdi. Özündən razı olduğuna görə Peyğəmbəri (s) ədalətsizlikdə və zülm etməkdə ittiham edirdi.

Allaha pənah aparıram. Əgər Peyğəmbərin (s) ətrafında olan həmin alim və səhabələr indi olsaydılar, vəhhabilərin dilindən, qələmindən və qətlindən amanda olmazdılar. Allaha pənah aparıram, bu gün seçilmiş alimlər və müsəlmanlar bunların əlindən, dilindən, qələmindən amanda deyildir. Onları təkfir etməklə, azğın, bidətçi hesab etməklə yaxud da onlarla müxtəlif adlarla ittiham edirlər.

Əbu Səid deyir ki, Peyğəmbər (s) qənimət bölüşdürürdü. Bəni Təmimdən olan Zul-Xuveysərə Peyğəmbərə (s) dedi ki: “Ədalətli ol.” Peyğəmbər (s) buyurdu ki: “əgər mən deyiləmsə, kim adil olmaq istəyir? Əgər ədalətlə rəftar etməsəm, ziyan içində olaram.” Ömər dedi: “İcazə ver, bunun başını kəsim.” Həzrət (s) buyurdu: “Burax getsin.” Peyğəmbər (s) buyurdu: “Bir qövm gələcək ki, öz namazları ilə sizin namazınızı, öz orucları ilə sizin orucunuzu təhqir edəcəklər. Quran oxuyacaqlar, lakin boğazlarından o tərəfə keçməyəcək. Onlar ox yaydan çıxdığı kimi, İslamdan çıxacaqlar.” (Səhih Buxari, h. 3163, Səhih Müslim, h. 1064)

Aparıcı: Görürsünüz ki, dilindən, millətindən asılı olmayaraq əhli-sünnə alimləri vəhhabilikdən bizardırlar və Peyğəmbərin (s) buyurduğu bu rəvayəti vəhhabilərin üzərində tətbiq edirlər.

Ustad Yəzdani: Vəhhabiləri açıq-aşkar zamanın xəvarici hesab edən növbəti şəxs Əllamə Əs-Savi Əl-Malikidir:

“Vəhhabilər zəmanənin xəvaricidir, müsəlmanların can və mallarını mübah hesab edirlər.”

O, Maliki məzhəbinin böyüklərindəndir və Süyutinin təfsirinə haşiyə yazmışdır. “Haşiyə əl-əllamə əs-Savi əla təfsir əl-cəlaleyn” kitabı, c. 5, s. 78.

فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَى آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا


“Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!” (Kəhf surəsi, 6)

O, bu ayənin altında yazır:

وقيل هذه الآية نزلت في الخوارج الذين يحرفون تأويل الكتاب والسنة ويستحلون بذلك دماء المسلمين وأموالهم كما هو المشاهد الآن في نظائرهم وهم فرقة بأرض الحجاز يقال لهم الوهابية.


“Deyirlər ki, bu ayə Quranın və sünnənin təvilini təhrif edib bu (təhrif edilmiş təvillər) əsasında müsəlmanların qanlarını və mallarını halal hesab edən xəvaric barədə nazil olmuşdur. Hal-hazırda biz bu kimi işləri onların oxşarlarında da görürük; onlar Hicazda olan və adlarına “vəhhabilər” deyilən bir firqədir.”

وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَى شَيْءٍ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ، اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنسَاهُمْ ذِكْرَ اللَّهِ أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ .نسأل الله الکریم أن یقطع دابرهم .


Onlar bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır. Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır. (Mücadilə, 18-19).

Allahdan istəyirəm ki, vəhhabilərin nəslini yer üzündən silsin.

Görün necə gözəl şəkildə Quran ayələrindən istifadə edir və vəhhabilərin başına möhkəm zərbələr vurur. Ümid edirik ki, Əllamə Əs-Savinin bu duası müstəcab olar. Bir gün gələr ki, vəhhabilərin hamısının İslam ölkələrindən təmizləndiyini görərik. Əlbəttə ki, alimin bu kitabının vəhhabilərin çap etdirdiyi nüsxələrdə bu mətləblər çıxarılmışdır. Bu kitabın təhrif olunmuş nüsxəsi də vardır və “hal-hazırda biz bu kimi işləri…” hissəsindən “…ziyankarlardır” hissəsinə qədər təhrif olunmuşdur.

Aparıcı: Vəhhabilərin kitabları təhrif etməsi bir-iki dənə deyildir. Onlar hətta "Səhih Buxari"ni də təhrif ediblər. Bəlkə də siz görmüsünüz və bu kanalda da onların bəzisi deyilmişdir. Lakin biz vəhhabilər haqqında Şeyx Əli Cümənin dediklərinə baxmaq istəyirik.

Üçüncü video: Misirin müftilərindən olan Şeyx Əli Cümənin çıxışı (00:35:20 – 00:38:16)

Vəhhabilər xəvaricin nəslindəndirlər, Peyğəmbər (s) onların zühuru barəsində xəbər vermişdir. Peyğəmbər (s) bizə əmr etmişdir ki, Quran və sünnəyə tabe olaq. Bizi ayıltmışdır ki, zahiri və batini fitnələrdən ibarət bir qrup gələcək. Onlar öz az ömürləri ilə əbləh təsəvvürlər yaradacaqlar. Lakin məxluqatın ən üstününün (Peyğəmbərin (s)) kəlamını deyəcəklər. Quran oxuyacaqlar, lakin oxuduqları boğazlarında o tərəfə keçməyəcək. Onları öldürənlərin yaxud onların əli ilə öldürülənlərin xoş halına!

Onları öldürən hər kəs onlardan Allaha daha yaxındır. Peyğəmbər (s) bizə cəhənnəm itləri barəsində xəbərdarlıq etmişdir və buyurmuşdur ki, xəvaric cəhənnəm itləridir. Peyğəmbər (s) səfehlər barəsində bizə xəbərdarlıq etmişdir. Peyğəmbər (s) yer üzündə fəsad yaradıb Peyğəmbər (s) kəlamını oxuyanlar barəsində bizə xəbərdarlıq etmişdir. Lakin Allah Rəsulu (s) onlardan bizardır. Peyğəmbər (s) Allaha və Peyğəmbərə (s) yalan nisbət verənlər barəsində bizə xəbərdarlıq etmişdir. Peyğəmbər (s) mərifətləri və bəyanları olmayan halda söz danışanlar və möminləri dinlərində ittiham edənlər haqqında bizə xəbərdarlıq etmişdir. Peyğəmbər (s) bu qövm barəsində bizə xəbərdarlıq etmiş və buyurmuşdur: Bu kişinin nəslindən bir qövm gələr. Onlar ox yaydan çıxdığı kimi dindən çıxarlar. Onları öldürənlərin yaxud onların əli ilə öldürülənlərin xoş halına!

Bəli, onlar dində, möminlərin üzərində və İslam cəmiyyətində təşvişlər yaradırlar. Bəli, Peyğəmbər (s) onlar barəsində buyurmuşdur: Namazlarınızı onların namazlarının müqabilində, oruclarınızı onların oruclarının müqabilində kiçik hesab edirsiz. Mən ümmətimdən çıxandan, müttəqi ilə fasiq arasında fərq qoymayandan bizaram. Mən qiyamət günü ondan bizaram. Bəli, onlar bilmədiklərini və anlamadıqlarını danışanlardır. Onlar zamanın bəlasıdır. Biz hamımız Allahınıq və Ona tərəf qayıdacağıq. Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.

Aparıcı: Şeyx Əli Cümənin sözlərini eşitdiniz. O da rəvayətləri vəhhabilərin üzərində tətbiq etdi. Bu, digər bir misal idi ki, əziz izləyicilər də gördülər. Bəlkə bizim kanala baxan vəhhabilər bunlar barəsində bir az düşünsünlər ki, əhli-sünnə alimləri niyə belə sözlər danışır. Əgər əvvəlcə eşidiblərsə və qəbul etməyiblərsə, minlərlə video göstərsək də, yenə də qəbul etməyəcəklər. Biz yalnız şiələrə deyirik ki, vəhhabilərin xətti əhli-sünnənin xəttindən ayrıdır. Əhli-sünnə də bilir ki, vəhhabilik nə firqədir. “Səhih Buxari”də Peyğəmbər (s) bu firqə barəsində xəbər vermiş və hətta buyurmuşdur ki, onları harada görsəniz, öldürün. Həmçinin Səhih Müslimdə də vardır. Ustad Yəzdani onu bizə göstərdi.

Ustad Yəzdani: Şeyx Əli Cümə də o rəvayəti oxudu və aşkar şəkildə dedi ki, hər kər bir vəhhabi görsə, onu öldürsün. Bu, əhli-sünnə alimlərinin veridiyi bir fətvadır və Səhih Müslimin rəvayətlərində də gəlmişdir. Lakin bizim onların kitablarına əqidəmiz yoxdur.

Vəhhabilərin həmin xəvaric olduğunu deyən növbəti şəxs Əllamə Mövlana Xəlil Əhməd Səharənpuridir:

“Məhəmməd ibn Əbdül-Vəhhab Nəcdi müsəlmanların canını, malını və namusunu

halal hesab edirdi və onlar həmin xəvariclərdir.”

O, əhli-sünnənin böyük alimlərindəndir və Şibh Qarədə yaşamışdır. Onun çoxlu tərəfdarları olmuşdur. Güman etmirəm ki, Şibh Qarədə kimsə onu tanımasın. Onun “Əl-Muhənnəd əla əl-mufənnəd” adlı bir kitabı vardır. Yəni, "Əqaid uləma əhli-sünnə diyubənd". O, Şibh Qarədə diyubəndlilərin böyüyüdür və bütün Hindistan, Pakistan, Əfqanıstan və İranın şərqinə aiddir. Bu kitab Lahorun “Ənarkəli” nəşriyyatında çap olunmuşdur. Kitabın 45-ci səhifəsində 12-ci sualda belə deyilir:

قد كان محمد بن عبد الوهاب النجدي يستحل دماء المسلمين وأموالهم وأعراضهم وكان ينسب الناس كلهم إلى الشرك ويسب السلف كيف ترون ذلك؟


Muhəmməd ibn Əbdül-Vəhhab ən-Nəcdi müsəlmanların canlarını, mallarını və namuslarını halal edir, insanların hamısını müşrik hesab edirdi, sələfləri söyürdü. Sizin buna münasibətiniz necədir?

Cavab verir ki:

الحكم عندنا فيهم ما قال صاحب الدر المختار (4-262).


“Bizim nəzərimiz “Durr əl-muxtar” kitabının müəllifinin fikridir.”

Qabaqda deyəcəyik ki, bu kitabın müəllifi onları xəvaric hesab edir. Əgər bunların ərəb mətnlərini oxusam, vaxtımızı çox alacaq. Buna görə də bunun tərcüməsini "Əqaide əhli-sünnət və cəmaət dər rədde vəhhabiyyət və bedət" kitabından oxuyacağıq. Kitabın müəllifi Mövlana Səharənpuridir. Tərcüməçisi isə İslami ərəb mədrəsəsinin müdiri və “Çabəhar”ın imam cüməsi, əhli-sünnənin böyük alimi Mövlana Əbdür-Rəhman Sərbazidir. Bu kitab “Əl-Muhənnəd əla əl-mufənnəd” kitabının tərcüməsidir.

12-ci sualın cavabı: Diyubənd alimlərinin vəhhabi əqidələrindən bizarlığı:

Bizim nəzərimizə görə, onun hökmü “Durr əl-muxtar”ın müəllifinin verdiyi həmin hökmdür. Xəvaric müəyyən qüdrətə və şövkətə malik olan bir qrupdur və imamın əleyhinə qiyam edirlər. Onlar inanırlar ki, imam batilə, günaha və küfrə bulaşmışdır və onunla vuruşmaq vacibdir. Beləliklə də, onlar bunu təvil edərək, bizim mal və canımızı özlərinə halal hesab edirlər və bizim qadınlarımızı əsirliyi, köləliyə aparırlar.

Bu mətləbi Əllamə Səharənpuri deyir, sonra isə Mövlana Əbdür-Rəhman Sərbazi tərcümə edir. Bu iki nəfər şiə alimi deyildir.

Deyir ki, vəhhabilər əhli-sünnənin qadınlarını əsirliyə və köləliyə aparırlar. Sonra deyir: Onların hökmü bağilərin (İmam (ə) qarşı qiyam edən azmışlar) hökmüdür. Bizim onları kafir hesab etməməyimiz ona görədir ki, onların bu işi təvil üzündən olmuşdur. Lakin onların bu təvili batildir. Sonra bir çox mətləblər deyir ki, biz onların hamısını demək imkanına malik deyilik. Bu kitab Zahidanda da tapılır və Şəbe Qarədə də çoxdur.

Buna görə də, Çabəharın imam cüməsi və ölkənin şərqində əhli-sünnə alimlərindən biri Mövlana Əbdür-Rəhman Sərbazinin nəzəri budur ki, vəhhabilər zəmanənin xəvaricləridirlər, müsəlmanların qanlarını halal hesab edir və əhli-sünnənin qadınlarını əsir götürürlər.

Aparıcı: Mövləvi Sərbazinin videosunu hazırlamışıq. O, bu videoda vəhhabilərdən bizarlığını bildirir və İbn Abidinin nəzərinə vəhhabiləri tətbiq edir. Bu, dəfələrlə kanaldan yayımlanmışdır.

Dördüncü video: Mövləvi Sərbazi: Vəhhabilər həmin xəvariclərdir. (00:45:03 - 00:45:44)

Vəhhabilik əhli-sünnə alimlərinin, əhli-sünnə camaatının və dörd məzhəbin nəzərində bir xətərdir. İndi onlar çox pis formada inkişaf ediblər. Digər alimlər də yazıblar. Əllamə Şami tanınmış bir alimdir. Seyyid Məhəmməd Əmin ibn Abidin də deyir ki, bunlar xəvaric kimi əməl edirlər və işlər görməkdədirlər. Yalnız özlərini müsəlman hesab edir və özlərindən başqalarını müsəlman hesab etmirlər. Onlar müsəlmanları öldürməyi xəvaric kimi caiz hesab edirlər.

Aparıcı: Yenə də Peyğəmbərin (s) buyurduğu rəvayətlər vəhhabiliyə tətbiq olunur. Belə ki, onlar zəmanənin xəvaricidirlər. Hər kəs bunları görsə, öldürməlidir. Əlbəttə ki, bu, bizim nəzərimiz deyildir. Biz yalnız əhli-sünnə alimlərinin mövqeyini görəsiniz deyə bunu nəql edirik.

Ustad Yəzdani: Vəhhabilərin zəmanənin xəvarici olmalarını deyən növbəti şəxs Məhəmməd Əmin ibn Ömər Abidindir:

“Məhəmməd ibn Əbdül-Vəhhabın davamçıları zəmanənin xəvaricləridir.”

“Rədd əl-muxtar əla dürr əl-muxtar” yaxud “Haşiyə İbn Abidin” kitabı, müəllifi Məhəmməd Əmin ibn Ömər Abidindir. O, 1252-ci ildə vəfat etmişdir. Yəni o, vəhhabilərin birinci dövrünün sonu, ikinci dövrünün əvvəlləri ilə onlarla eyni zamanda yaşamışdır. 6-cı cild, Səudiyyədə ər-Riyadda “Alim əl-kutub” nəşriyyatında çap olunmuşdur. Diqqət edin ki, bu kitab Səudiyyədə çap olunmuşdur və necə olub ki, bu mətləbi kitabdan çıxara bilməmişlər?

“Cihad” kitabı, “Buğat” babı, səhifə 413. Biz bu mətləbi dəfələrlə göstərmişdik:

مطلب في أتباع ]ابن[عبد الوهاب الخوارج في زماننا


Bizim zamanımızın xəvaricləri olan İbn Əbdül-Vəhhabın tərəfdarları haqqında bir mətləb.

...كما وقع في زمنانا في أتباع عبد الوهاب الذين خرجوا من نجد وتغلبوا على الحرمين وكانوا ينتحلون مذهب الحنابلة , لكنهم اعتقدوا أنهم هم المسلمون وأن من خالف اعتقادهم مشركون واستباحوا بذلك قتل أهل السنة وقتل علمائهم.


...Belə bir şey bizim zamanımızda İbn Əbdül-Vəhhabın tərəfdarları arasında da baş vermişdir. Onlar Nəcddən xuruc edib Məkkə ilə Mədinəni ələ keçirdilər. Onlar Hənbəli məzhəbindən olduqlarını iddia edirdilər. Lakin, belə hesab edirdilər ki, yalnız özləri müsəlmandırlar, onların əqidələri ilə müxalifət edən şəxslər isə müşrikdirlər. Onlar bunun vasitəsi ilə əhli-sünnənin və onların alimlərinin qətlini halal hesab etdilər.

Bu sözlər bir şiənin dediyi sözlər deyil, bir əhli-sünnə aliminin dedikləridir. Bu kitabın ölkənin şərqində xeyli tərəfdarları vardır. İbn Abidinin bu kitabı tədris kitablarındandır.

حتى كسر الله تعالى شوكتهم وخرب بلادهم وظفر بهم عساكر المسلمين.


“Ta ki, Allah Təala onların şövkətlərini (güc və qüvvələrini) sındırdı, şəhərlərini dağıtdı və müsəlman əsgərlərini onlara qalib etdi.”

Bu yerdə Məhəmməd Əli Paşa və İbrahim Paşanın əsgərlərini nəzərdə tutur. Bunlar vəhhabilərin Nəcddə birinci hakimiyyətlərini aradan götürdülər.

Bu kitabın müqəddiməsində “Əl-Əzhər” universitetinin müəllimi professor Məhəmməd Bikr İsmailin maraqlı bir fikri vardır. O, deyir ki, “Haşiyə İbn Abidin” kitabı hənəfilərin ən geniş və ən yaxşı kitablarındandır.

Aparıcı: Bu barədə də videomuz vardır. Əziz izləyicilər diqqət etsinlər ki, Peyğəmbərin (s) buyurduğu xəvaric hədisini vəhhabilərə necə tətbiq edirlər. Müsəlmanlar onlarla necə rəftar etməli olduqlarını bilməlidirlər.

Beşinci video: Doktor Xalid Fəhmi: “Məkkə və Mədinə alimləri vəhhabiləri zəmanənin xəvarici hesab edirdilər.” (00:51:32 - 00:53:58)

Doktor Xalid Fəhmi – Oksford universitetinin məzunu, Nyu York universitetində Yaxın Şərq fakültəsinin professoru, Amerika və Misir Tarix şurasının üzvüdür.

O, bir mətləb irəli atıb. Onun sözlərinə görə Məkkə və Mədinə alimləri vəhhabiləri axırəzzamanın xəvaricləri hesab edirlər.

Doktor Xalid Fəhmi: Mənim çox mühüm bir mənbəm vardır. Bu mənbənin ünvanı bir məktubdur. Bu məktubu Məkkə alimləri (Misir ordusunun komandiri) Məhəmməd Əliyə yazıblar. Ona onları vəhhabilərin əlindən xilas etdiyi üçün təşəkkür ediblər. Məhərrəm ayının sonu 1228-ci il; 2 fevral 1813-cü il.

Mənbə uzun bir mənbədir. Xeyr, bu mənbə deyildir. Başqa bir mənbədir, onun üzərində haşiyə hissəsində möhürlər vardır. Bəli, həmin mənbədir. Gördüyünüz kimi, bunun ikinci hissəsində belə deyir: “Bu müftilərdən, xətiblərdən, imamlardan, müəllimlərdən və alimlərdən yazılmış bir məktubdur. Möhürləri də aşağıda vurulmuşdur.”

Bu müftilər çox əhəmiyyətli alimlərdir. Onların arasında Kəbə xətibi, Peyğəmbər (s) məscidinin xətibi, Məkkənin müftisi, Mədinənin müftisi də vardır. Bunlar adi insanlar deyildir. Hamısı böyük rütbələrə sahib insanlardır. Bunlar Hicazın bir şəhərinin alimləri deyil, bütün Hicazın alimləridir. Onlar bu məktubda belə deyirlər: “Sizin nəzərinizə çatdıraq ki, sizin qalib ordunuz onlara tərəf getdi və onları bu xaricilərin şərrindən xilas etdi. Bu üsyankar təcavüzkarlar, azğın kafirlər, Ərəb yarımadasında fəsad törətdilər, müsəlmanların qanını halal saydılar və bütün hacıları yolunu bağladılar. Sizin bu işinizə və bu böyük nemətə görə Allaha şükr edirik.”

Aparıcı: Yəni, onlar vəhhabi xəvariclərin əlindən onlara nicat verdilər.

Doktor Xalid Fəhmi: Vəhhabilər həccin yolunu bağlayır, işlərini, fikirlərini yayırdılar. O zamanın alimləri – biz İstanbuldan və Əl-Əzhərdən söhbət etmək istəmirik, Məkkə və Mədinə alimləri deyirdilər ki, biz belə əqidəni tanımırıq, onlar xəvaricdirlər. Biz vəhhabiləri içərisində gördüyümüz o zaman çərçivəsində idi.

Aparıcı: Bu da doktor Fəhminin vəhhabilər haqqında danışdığı sözlər idi. Ustad Yəzdani, zəhmət olmasa, bu barədə izah verərdiniz.

Ustad Yəzdani: Biz əvvəlki verilişlərdə Məkkə və Mədinə alimlərinin yazdıqları nizamnaməni göstərdik. Orada yazmışdılar ki, biz bu yeni din gələnədək kafir olmuşuq və altından imza da çəkmişdilər.

Doktor Fəhminin göstərdiyi məktubda maraqlı məsələ bundan ibarətdir ki, vəhhabiliyin birinci dövləti süqut edəndən sonra o alimlər Məhəmməd Əli Paşaya məktub yazıb vəhhabiliyi tanımadıqlarını, onların zəmanənin xəvarici olduqlarını, müsəlmanların can və mallarını halal bilmələrini demələridir. O məktubu doktor Fəhmi olduğu kimi göstərdi.

Vəhhabiləri zəmanənin xəvarici adlandıran növbəti şəxs isə Yusif ibn Seyyid Haşim Rufaidir:

"Siz xəvaricin etdiyini edirsiniz."

“Nəsihə li ixvanina uləma Nəcd” kitabı, müəllifi Yusif ibn Seyyid Haşim Rufaidir. Bu kitaba doktor Məhəmməd Səid Ramazan əl-Buti müqəddimə yazmışdır. Kitabın 77-ci səhifəsi 48-ci bölmədə yazılmışdır:

تعلمون عمل الخوارج , فإذا جاءكم أحد من من المسلمين وخاصة طلبة العلم -تبدأون في عقيدته أصحيحة عندكم أم لا؟ ما تقول في كذا, وكذا... وأين الله؟ و...؟

وهكذا كان يعمل الخوارج فيما سبق فكانوا إذا جاءهم أو مر بهم المسلم الموحد امتحنوه فإذا خالفهم قتلوه...


Siz xəvaricin etdiyini edirsiniz. Sizin yanınıza bir müsəlman, xüsusən də elm tələbələrindən biri gəldiyində birinci onun əqidəsidən başlayırsınız; görəsən əqidəsi sizin nəzərinizdə düzgündür, yoxsa yox?  “Bu barədə nə deyirsən?”... “Filan şey barədə nə deyirsən?”... “Allah haradadır” və s. və ilaxır...

Keçmişdə xəvaric də belə edirdi. Onların yanına müvəhhid bir müsəlman gəldikdə və ya yanlarından müvəhhid bir müsəlman keçdikdə, onu sual-cavaba tuturdular. Elə ki, onlardan fərqli bir söz deyirdi, onu öldürürdülər.

Yəni, o şəxsdən Osman barəsində yaxud Həzrət Əli (ə) barəsində soruşardılar. Əgər onların əqidəsinə müvafiq bir cavab versəydilər, heç, yox əgər müxalif cavab versəydilər, onu öldürərdilər.

Bunlar vəhhabilərin işlərini xəvaricin işlərinə oxşadan şəxslərin fikirləridir.

Altıncı video: Ərəb Akademiyasının rəhbəri və Əl-Əzhər universitetinin baş müşaviri Doktor Həsən əş-Şafei: “Radikal vəhhabilər həmin xəvariclərdir.” (00:57:50 -  00:58:27)

Aparıcı: Sizin nəzərinizə görə Əl-Qaidəyə bağlı olan bu radikal vəhhabilər xəvaricdirlərmi?

Doktor Həsən: Bunların xəvaric olmasında heç bir şübhə yoxdur. Çünki bunlar özlərini İslam ümmətinin sıralarından çıxarıblar və onun ziddinə çalışırlar. Xəvaricin mənası da elə budur. Həm şəriət baxımından, həm də demokratik baxışdan müxalif olmağın mənası budur ki, öz fikrini dinc yolla ifadə edəsən və qüdrətə yiyələnmək üçün də dinc yolla rəqabət edəsən.

Aparıcı: Bunlar da doktor Həsən əş-Şafeinin vəhhabilər haqqında dedikləri sözlər idi. Mövzunun davamında bizim bəhsimizlə əlaqəli olsa, yenə də istifadə edərik.

Ustad Yəzdani: Vəhhabilər xəvaric adlandıranlardan biri də Seyyid Əhməd ibn Seyyid Zeyni Dəhlandır:

“Allahın Rəsulu (s) bizim zəmanəmizin xəvaricləri barəsində əvvəlcədən xəbər vermişdir.”

“Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabı, müəllifi Seyyid Əhməd ibn Seyyid Zeyni Dəhlandır. Vəhhabiliyin iki hakimiyyəti arasında olan dövrdə Məkkənin müftisi olmuşdur və əhli-sünnə alimlərindəndir. O, bu kitabın 123-cü səhifəsində yazır:

إخبار النبي (ص) بابن عبد الوهاب وأتباعه.

وقد أخبر النبي (ص) عن هؤلاء الخوارج  في أحاديث كثيرة , فكانت تلك الأحاديث من أعلام نبوة النبي (ص) لأنها من أخبار الغيب...


Peyğəmbərin (s) Muhəmməd ibn Əbdül-Vəhhab və ardıcılları barədə xəbər verməsi.

Peyğəmbər (s) bu xəvariclər barəsində bir çox hədislərdə xəbər vermişdir. Bu hədislər Peyğəmbərin (s) nübüvvət nişanələrindəndir, çünki bunlar qeybi xəbərlərdir…

Müəllif sonra rəvayətləri sıra ilə qeyd edir:

یخرج ناس من قبل المشرق یقرؤون القرآن لا یجاوز تراقیهم یمرقون من الدین کما یمرق السهم من الرمیه ، لا یعودون فیه حتی یعود السهم إلی فوقه ، سیماهم التحلیق ...


“Məşriqdən bir qrup insan zühur edər. Onlar Quran oxuyarlar, lakin oxuduqları boğazlarından o tərəfə keçməz. Onlar ox yaydan çıxdığı kimi dindən çıxarlar. Ox yayına qayıtmayınca onlar da dinə qayıtmazlar. Onların başları qırxılmış olacaq…”

Növbəti rəvayət "Səhih Müslim"dədir:

سیخرج من آخر الزمان قوم أحداث الأسنان سفهاء الأحلام یقولون قول خیر البریه یقرؤون القرآن لایجاوز حناجرهم …


“Axirəzzamanda bir qrup yaşları az, ağılları (düşüncələri) səfeh olan şəxslər ortaya çıxacaq. Yaradılmışların ən yaxşı sözünü deyəcəklər (zahirdə ən yaxşı şüarları səsləndirəcəklər). Quran oxuyacaqlar, lakin, oxuduqları Quran boğazlarından o tərəfə keçməyəcək…”

… فإذا لقیتموهم فاقتلوهم


“Əgər onları görsəniz, öldürün…”

Bu mətləb onların öz kitablarından gəlmişdir. Növbəti səhifələrdə axirəzzamanın xəvaricləri barəsində başqa rəvayətlər də gətirir və onları Məhəmməd ibn Əbdül-Vəhhab və tərəfdarlarına tətbiq edir.

Aparıcı: Burada bir sual meydana çıxır. Onlar fətva verirlər ki, vəhhabilər öldürülməlidir. Əgər bir vəhhabi digər bir vəhhabi kanalından bir miqdar pul oğurlayarsa, bu caizdirdi?

Ustad Yəzdani: Əgər onları öldürmək caizdirsə, onlardan bir vəhhabinin vasitəsi ilə oğurluq etmək də caizdir. Gələcəkdə deyəcəyik ki, vəhhabilərin arasında bir çox şey caizdir.

Yeddinci video: Doktor Seyyid Cəbr Həsəni: “Şeytanın buynuzu Nəcddən çıxacaq.” (01:03:00 – 01:05:31)

Doktor Seyyid Cəbr Həsəni Əl-Əzhər universitetinin alimlərindəndir:

Məsələnin xülasəsi budur ki, İslam alimlərinin nəzərini bilmək istəyirəm. Bundan da əvvəl xəvaricin və müxaliflərin şübhəsini icmadan bilmək istəyirəm ki, onların adı sələfidir, vəhhabidir yoxsa Peyğəmbər (s) sünnəsinin köməkçiləridir?! Bütün bu müxtəlif adların hamısı bir fikirdir.

Biz üstüörtülü söhbət etmək istəmirik, əksinə açıq şəkildə söhbət etmək istəyirik. Yoxsa bunlara Qərniyyun deyirlər. Buna görə ki, bunlar “Qərn əş-şeytan”dırlar (şeytanın buynuzu yaxud ümməti). Bunlar onların müxtəlif ölkələrdəki adlarıdır. Yəni, bəzi alimlər onları öz kitablarından “qərniyyun” adlandırırlar. Çünki şeytanın buynuzu Nəcddən çıxacaq. Onların adını “qərni” qoyurlar ki, onları şeytanın buynuzuna nisbət versinlər. Bəziləri onları “vəhhabi” adlandırır. Çünki bu fikir ilk öncə Məhəmməd ibn Əbdül-Vəhhabdan çıxmışdır. Onlar bunları Məhəmməd ibn Əbdül-Vəhhaba nisbət verirlər. Bəziləri onları sələfi adlandırır, çünki onlar özlərini sələfi hesab edirlər. Bəzi alimlər isə onları Nəcdiyyə adlandırır, çünki onlar  Nəcddə inkişaf ediblər. Bu sözlər bu müxtəlif adlara aldanmayanların sözləridir. Lakin bunların hamısı bir fikirdir. “Səhih Buxari”də deyilir ki, Peyğəmbər (s) Şam camaatı üçün bərəkət duası etdi, Yəmən camaatı üçün də bərəkət duası etdi. Həzrətə (s) dedilər ki, Nəcd üçün də dua et. Həzrət (s) buyurdu: Şeytanın buynuzu oradan çıxacaq. Peyğəmbər (s) düz deyirdi. Bu fikir Nəcddə yayıldı. Bu bir şeytani məzhəbdir, Peyğəmbər (s) onları belə adlandırmışdır. Bunlar müsəlmanlar arasında təfriqəyə, sui-zənnə, səmimiyyətsizliyə səbəb oldular. Müsəlmanların namusunu onların mühüm sərvətinə irad tutaraq halal hesab etdilər. Yəni, onların dinlərini halal hesab edib, onların müşrik olduqlarını iddia etdilər. Peyğəmbərlərin qəbirlərinin ziyarətçilərini və saleh bəndələri qəbirpərəst elan etdilər. Bunlar indiyədək onların kitablarında vardır və yazılarında da gəlmişdir.

Bu, böyük bir böhtandır. Əgər bir kəs bir müsəlmanı şirkdə ittiham etsə, lakin o müsəlman müşrik olmasa, ittiham edənin özü müşrik olur. Çünki düzgün etiqadı olan müsəlmanları təkfir etməyin özü küfrdür. Necə ki, qeyri-müsəlmanların da müsəlmanlara qarşı etiqadı belədir.

Aparıcı: Yenə əhli-sünnə alimlərindən başqa birisi zəmanənin xəvariclərini vəhhabilərə tətbiq edir. Onlar haqqında Peyğəmbər (s) xəbərdarlıq edir və müsəlmanların onlarla necə rəftar etməli olduqlarını bildirir.

Ustad Yəzdani: Vəhhabilərin zəmanənin xəvaric olmasını deyən növbəti şəxs Seyyid Şərif Abdullah ibn Seyyid Şərif Həsən Paşadır:

“Peyğəmbər (s) əvvəlcədən xəbər vermişdir ki,

vəhhabilik şeytanın buynuzu və zəmanənin xəvaricidirlər.”

“Sidq əl-xəbər fi xəvaric qərn əs-sani əşər” kitabı, Müəllif: Seyyid Şərif Abdullah ibn Seyyid Şərif Həsən Paşa.  Şeyx Mürtəza əl-Malikinin təhqiqi ilə:

بيان ما ورد من الأحاديث في نجد.

أخرج الإمام البخاري في صحيحه في كتاب الفتن ما نصه باب قول النبي (ص) "الفتنة من قبل المشرق".


Nəcd barəsində varid olan hədislərin bəyanı:

İmam Buxari öz “Səhih”inin “əl-fitən” kitabında, “Peyğəmbərin (s) “fitnələr şərqdən olacaq” sözü” babında belə nəql edir.

Peyğəmbər (s) mənbərin kənarında dayanıb buyurdu:

الفتنه هاهنا ، الفتنه هاهنا من حیث یطالع قرن الشیطان أو قرن الشمس


“Fitnə oradan çıxacaq, fitnə oradan çıxacaq, şeytanın, yaxud günəşin buynuzunun çıxdığı yerdən.”

Yenə də növbəti səhifədə başqa bir rəvayət nəql edir. Peyğəmbər (s) üzü şərq tərəfə dayanıb buyurdu:

ألا إن الفتنه هاهنا من حیث یطلع قرن الشیطان


“Agah olun! Fitnə oradadır – şeytanın buynuzunun çıxdığı yerdə.”

Bu barədə rəvayətlər çoxdur və 30-40 səhifə bu rəvayətlərdən gətirir. Onların hamısını oxumağa imkanımız yoxdur. Bu rəvayətlər 12-ci əsrin xəvaricinə aiddir.

فی آخر الزمان قوم یقرؤون القرآن لایجاوز تراقیهم یمرقون من الدین مروق السهم من الرمیه …


“Axirəzzamanda bir qövm gələr ki, bu qövm Quran oxuyar, lakin oxuduqları boğazlarından o tərəfə keçməz, onlar ox kamandan çıxdığı kimi dindən çıxacaqlar…”

Müəllif başqa mətləblərdən də danışır, lakin çox təəssüf ki, onların hamısını nəql etməyə imkanımız yoxdur. Müəllif bir cədvəl çəkmişdir və birinci xəvariclərlə vəhhabilərin oxşar cəhətlərini açıqlamışdır. O, dəqiqliklə xəvariclərin və vəhhabilərin nələri dediklərini qeyd edir, səhifə-səhifə onları izah edir, altında da ünvanlarını yazır. Bu kitab bu sahədə yazılmış ən yaxşı kitablardandır.

Aparıcı: Misirdə “Müsəlman qardaşlar” hərəkatının sözçüsü Kamal əl-Həlbavinin sözlərindən ibarət video hazırlamışıq.

Səkkizinci video: Doktor əl-Həlbavi: “Ərəbistanın müftiləri əhli-sünnənin düşmənləridir və Məlik Abdullah münkərin bir hissəsidir.” (01:10:00 – 01:10:35)

Misirdə “Müsəlman qardaşlar” hərəkatının sözçüsü Doktor əl-Həlbavi zalım hakimin əleyhinə qalxmağın haram olması barəsində Ərəbistan müftisinin verdiyi fətvaya cavab olaraq deyir:

Biz zülmün müqabilində dayanan şəxsi istəyirik. Onlar (Ərəbistan müftiləri) əhli-sünnənin düşmənləridir. Azadlıq uğrunda ayağa qalxan şəxsi istəyirik. Əgər sünni olduğunu deyirsə, gərək səhabənin, Allah Rəsulunun (s), Raşidi hökumətinin, Quran və sünnə əmrlərinin əsasında fəaliyyət göstərsin. “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.” (Nəhl, 90). Məlik Abdullahın sözləri münkərdən başqası deyildir. Onunla vuruşmaq lazımdır.

Aparıcı: Bu sözlər digər bir əhli-sünnə aliminin sözləri idi. Millətindən, dilindən, irqindən, ölkəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, vəhhabilik əleyhinə danışır və vəhhabiləri Peyğəmbərin (s) zəmanənin xəvarici barəsində buyurduğu rəvayətlərə tətbiq edir.

Ustad Yəzdani: Vəhhabilərin əleyhinə daha çox çıxış edən növbəti şəxs Nəzzal ibn İbrahim Aluhu Rəşidir:

“Allah Rəsulu (s) həşviyyənin (əhli-hədis) bidətlərini və bizim zamanımızın

xəvaricini qabaqcadan xəbər vermişdir.”

“Rəf əl-ğaşiyə ən əl-məcaz və ət-təvil və hədis əl-cariyə” kitabı həşviyyə və vəhhabiliyin əleyhinə yazılmış çox maraqlı kitabdır. Müəllifi Nəzzal ibn İbrahim Aluhu Rəşidir. O, bu kitabın 12-ci səhifəsində yazır:

أما أهل البدعة من الحشوية "الوهابية" فقد جاءت الإشارة في كلام النبي (ص) بوصفهم وبيان منزلتهم في الإسلام , وأنهم خوارج هذه الأمة سابقاً ولاحقاً وسلفاً وخلفاً.


Həşəviyyədən – vəhhabilərdən olan bidət əhlinə gəlincə, Peyğəmbərin (s) sözündə onlara işarə edilmiş, onların İslamda hansı mövqeyə sahib olduğu bildirilmişdir. Onların keçmişdə və gələcəkdə, əvvəldə və sonda bu ümmətin xəvaricləri olmasına işarə edilmişdir.

O, bir sıra rəvayətlər nəql etmişdir və biz keçən həftə o rəvayətləri oxuduq. Belə ki, Bəni Təmimdən olan Zul-Xuveysərə adlı şəxs Peyğəmbərin (s) yanına gəlib etiraz edərək dedi: “Siz ədalətə riayət etmirsiniz.” Sonra Peyğəmbər (s) öncəgörənliklə buyurdu ki, bu kişinin nəslindən bir kişi gələr ki, axirəzzamanda xəvaric hesab olunarlar.

Sonra Zul-Xuveysərə haqqında geniş söhbət açır. Bu mətləblər bizim üçün çox mühümdür, vəhhabilər Peyğəmbərə (s) qarşı ədəbsizlik edirlər. Onlar tarix boyu həmişə xar və zəlil olublar… Lakin əşərilər izzətli olubdur.

Sonra müəllif onların başlarını qırxmaları haqqında yazır, İbn Abidinin və digər əhli-sünnə alimlərinin söhbətlərini gətirir. Biz onların hamısını demək imkanından xaricik. Lakin Təqiyyuddin əs-Subkinin sözləri çox maraqlıdır:

أما الحشوية فهي طائفة رذيلة جهال , ينتسبون إلى أحمد وأحمد مبرأ منهم... وما زالوا من حين نبغوا المستذلين , ليس لهم رأس ولا من يناظر.


“Həşəviyyələr rəzil və cahil bir qrupdurlar… Onlar özlərini Əhməd ibn Hənbələ nisbət verirlər. Halbuki Əhməd ibn Hənbəl onlardan bizardır. Ortalığa çıxdıqdan bəri həmişə zəlil olublar. Onların nə bir böyüyü, nə də münazirə edən bir şəxsləri olmamışdır.”

Bu söz mənim sözüm deyildir, Təqiyyuddin əs-Subkinin sözüdür. Şafeilərin imamı öz zamanında deyib ki, nə bundan əvvəl bunların münazirə edəni olmamış, nə indi yoxdur, nə də gələcəkdə olmayacaqdır.

Aparıcı: Sizə çox təşəkkür edirəm. Bizim izləyicilərimiz üçün yəqin oldu ki, vəhhabilər zəmanənin xəvaricləridir. Allah Rəsulu (s) bunların zühuru barəsində buyurmuşdur. Bu rəvayətlər əhli-sünnə kitablarında gəlmiş, onların alimləri də bu rəvayətləri vəhhabilərə tətbiq etmişlər.

Onların təfəkkürləri tanınmalıdır, inşallah şiələr və sünnilər birləşərək vəhhabiliyi rüsvay etmək və İslamı olduğu kimi çatdırmaq üçün birlikdə addım atarlar. Allahdan istəyirik ki, bizə bu yolda inayət bəxş etsin. Keçən həftələrdə vəhhabilərin cinayətlərinin bir hissəsini nümayiş etdirdik. Bu gecə də o cinayətlərdən birini göstəririk. Onlar bu videonu öz loqoları ilə sosial şəbəkədə paylaşıblar. Daha heç kəs üçün onların cinayətləri barəsində şəkk-şübhə qalmasın. Bu videoya görə əziz izləyicilərdən üzrxahlıq edirəm.

Doqquzuncu video: Vəhhabilər təkbir şüarı verərək müsəlmanların başlarını kəsir. Bu təsvirlər vəhhabilərin vasitəsi ilə çəkilmiş və yayımlanmışdır. (01:18:20 – 01:21:36)

Aparıcı: “Cund əş-Şam” terror şəbəkəsi müsəlmanların başlarını kəsir. Onlar müxtəlif yerlərdə, xüsusən də Suriyada fəaliyyət göstərirlər. Cavanların başlarını belə kəsirlər, sonra isə təkbir deyirlər. İslamdan heç bir şey anlamaya bir qeyri-müsəlman şəxs bu təkbirlərdən nə başa düşər? Allahın fəzli ilə bu kanal və bu proqram vasitəsi ilə onların aparaq ki, tarixə yazılsın. Bu cinayətləri vəhhabilərin özləri də öz saytlarında yayımlayıblar. Biz sənədli şəkildə sizə göstəririk ki, hər kəs görsün və bilsinlər ki, bu vəhhabilər nə qədər murdar və azğındırlar. Onların azğın caynaqları istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, hər kəsi tutmuşdur. Onlar əhli-sünnəni, onların alimlərini təkfir edir və onların müqəddəslərinə nə cür təhqirlər edirlər.

Ustad Yəzdani: Bu narahatedici videonu izləyicilər gördülər. İndi Ərəbistanda dərs oxuyub Amerikada yaşayan eyni cinsli “müsəlman” şəxslərin evlənmələri haqqında bir videomuz vardır. Bunların Amerikada məscidləri də vardır.

Onuncu video: Amerikada həmcinslərin izdivacı (01:23:48 – 01:24:30)

Vəhhabilik üsulu ilə izdivac: Amerikalı bəzi müsəlmanlar arasında eyni dinə və eyni cinsə mənsub olanların izdivacı qadağan deyildir. Bu azlığın bir dini rəhbəri də vardır. O, Vaşinqton sakinidir və adı da imam Daiyə Abdullahdır. İmam Abdullah Səudiyyə Ərəbistanında fiqh sahəsini oxumuşdur, özünün həmcinsliyə olan meylini də gizlətmir. O, deyir: Quran həmcins olan aşiqlərin evlənməsi barəsində sükut etmişdir. Mənim nəzərimə görə Quran birbaşa cinsi azlıqlardan söhbət açmır. Camaat bu barədə Qurana istinad edərkən, Həzrət Lutun (ə) hekayələrinə işarə edirlər. Bunun təfsiri budur ki, cinsi əlaqə bir şəxsin cinsi əlaqəyə olan meylini müəyyənləşdirir. Bu onların təfsirlərinin problemidir.

Aparıcı: Bu cənabların xüsusi əqaidi vardır. Bu barədə mətləb çoxdur. Biz gələcəkdə bu barədə geniş danışacaq və onları rüsvay edəcəyik. Mütləq bunlar barəsində yaxşı mühakimə etmək lazımdır. Bu videonun davamını gələcək həftələrdə izləyəcəyik.

313news.net

Digər hissələr:

1. “Doğru yol və yanlış yol” proqramı - 1-ci veriliş: Vəhhabiliyin qısa tarixçəsi və vəhhabilərin əhli-sünnədən fərqi

2. “Doğru yol və yanlış yol” proqramı - 2-ci veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (1-ci hissə)

3. “Doğru yol və yanlış yol” proqramı - 3-cü veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (2-ci hissə)

4. “Doğru yol və yanlış yol” proqramı - 4-cü veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (3-cü hissə)

5. “Doğru yol və yanlış yol” proqramı - 5-ci veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (4-cü hissə)

6. “Doğru yol və yanlış yol” proqramı - 6-cı veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (5-ci hissə)

7. “Doğru yol və yanlış yol” proqramı - 7-ci veriliş: Sələfilərin (vəhhabilərin) müsəlmanlara qarşı cinayətləri

8. “Doğru yol və yanlış yol” proqramı - 8-ci veriliş: Ali-Səud, yoxsa ali-yəhud?

Yerləşdirilib: 16 İyun, 2015  14:48 Baxılıb: 1371 Çap
Məqalələr