На русском

Nəyə görə İmam Әli (ə) kağız-qələm gətirmədi?

Şiənin bəzi müxalifləri deyir:

Peyğəmbər (s.ə.a) vəfatından öncə yollarından azmamaları üçün onlara yazı yazmağı tələb etdikdə nəyə görə Hz Әli (ə.s) bir söz demədi? Bir haldakı o, Allahdan başqa heç kimdən qorxmayan şücaətli biri idi. Və həmçinin bilirdi ki, haqq sözü deməyən kəs lal şeytandır....

Qeyd: bu sualı biz sələfi şeyxi Suleyman ibn Salih əl-Xəraşinin məqaləsində tapdıq.

Onlayn mənbə: http://www.saaid.net/Warathah/Alkharashy/40.htm

Cavab:

Bu irad peyğəmbərin vəfatından 4 gün öncə baş vermiş cümə günü rəzalətinə işarə edir. Bu hadisə “Səhih əl-Buxari” və “Səhih Müslim”də İbn Abbasdan belə nəql olunub:

لما اشتد بالنبي صلى الله عليه وآله وجعه قال: ائتوني بكتاب أكتب لكم كتاباً لا تضلوا بعده. قال عمر: إن النبي صلى الله عليه وآله غلبه الوجع، وعندنا كتاب الله حسبنا. فاختلفوا وكثر اللغط، قال: قوموا عني، ولا ينبغي عندي التنازع. فخرج ابن عباس يقول: إن الرزية كل الرزية ما حال بين رسول الله صلى الله عليه وآله وبين كتابه.

Peyğəmbərin xəstəliyi şiddətləndiyi zaman dedi: “kağız gətirin elə bir şey yazım ki, məndən sonra əsla yolunuzu azmayasız.” Ömər isə dedi: “Peyğəmbərin xəstəliyi ona qalib gəlib, aramızda Allahın kitabı var, bəsimizdir.” Bunun üzərinə anlaşmazlıq yarandı və səs-küy oldu. Peyğəmbər dedi: “Durun yanımdan, mənim yanımda mübahisə olunmaz.” İbn Abbas evdən çıxıb deyirdi: “Ən böyük rəzalət peyğəmbərin yazı yazmasının qarşısının alınması idi.” (“Səhih əl-Buxari”, 1/38; 4/85; 6/11; 7/155; 9/137; “Səhih Müslim”, 3/1257-59)

Amma təəccüblüdür ki, bu müxalif və onun kimilər Öməri peyğəmbərə qarşı olan etirazına və ümmətin peyğəmbərin vəfatından sonra azmaqdan qoruyacağı yazını yazmağına mane olmasına görə səhv çıxarmırlar. Әksinə, bu işdə Öməri düz bilir və bu əməli onun dərin düşüncəsinin bir əlaməti olaraq görürlər, peyğəmbəri isə səhv hesab edirlər. Buna səbəb də Peyğəmbərin bu tələbindən vaz keçməsi və Ömərin fikri ilə razılaşmasıdır. Ona görə də yazı yazma istəyində israr etmədi.

Bunlar bu hadisədə təkcə peyğəmbəri səhv çıxarmaqla kifayətlənmirlər. Bundan əlavə çalışırlar ki, bu hadisədə uzaqdan-yaxından adı hallanmayan Әlini də səhv çıxarsınlar. Müxalifin iradı budur ki, peyğəmbər yazı üçün kağız istəyərkən Hz.Әli (ə.s) tələb olunan şeyi gətirmədi. Bu da onun peyğəmbərin əmrinə qarşı müxalifətini göstərir. Ona görə də evdə olan bütün hamıya aid olan məzəmmət Hz.Әliyə (ə.s) də şamil olmaqdadır.

Bu irada cavabımız aşağıdakılardan ibarətdir:

1) Hadisə zamanı Hz.Әlinin (ə.s) də evdə olmasına dair əlimizdə heç bir dəlil yoxdur. Bəlkə orda deyildi. Qeyd olunan hədislərin heç birində Hz.Әlinin (ə.s) hadisə zamanı evdə olduğunu göstərəcək nəsə yoxdur. Ona görə hadisə zamanı Hz.Әlinin (ə.s) evdə olduğunu iddia edən kəs gərək səhih dəlillə bunu isbat etsin.

Bəli, Şeyx Müfidin "əl-İrşad" adlı kitabında nəql etdiyi uzun hədisdə belə keçir:

فلما سلم انصرف [النبي صلى الله عليه وآله] إلى منزله واستدعى أبا بكر وعمر وجماعة ممن حضر المسجد من المسلمين، ثم قال: ألم آمر أن تنفذوا جيش أسامة؟! قالوا: بلى يا رسول الله. قال: فلمَ تأخرتم عن أمري؟ فقال أبو بكر: إنني كنت خرجت، ثم عدت لأجدِّد بك عهداً. وقال عمر: يا رسول الله، لم أخرج لأنني لم أحب أن أسأل عنك الركب. فقال النبي صلى الله عليه وآله: فأنفذوا جيش أسامة، فأنفذوا جيش أسامة (يكرِّرها ثلاث مرات)، ثم أغمي عليه من التعب الذي لحقه والأسف، فمكث هنيهة مغمى عليه، وبكى المسلمون، وارتفع النحيب من أزواجه وولده والنساء المسلمات ومن حضر من المسلمين، فأفاق عليه وآله السلام، فنظر إليهم، ثم قال: ائتوني بدواة وكتف، أكتب لكم كتاباً لا تضلوا بعده أبداً. ثم أغمي عليه، فقام بعض من حضر يلتمس دواة وكتفاً، فقال له عمر: ارجع، فإنه يهجر! فرجع. وندم من حضره على ما كان منهم من التضجيع في إحضار الدواة والكتف، فتلاوموا بينهم، فقالوا: إنا لله وإنا إليه راجعون، لقد أشفقنا من خلاف رسول الله. فلما أفاق صلى الله عليه وآله قال بعضهم: ألا نأتيك بكتف يا رسول الله ودواة؟ فقال: أبعد الذي قلتم! لا، ولكنني أوصيكم بأهل بيتي خيراً. ثم أعرض بوجهه عن القوم فنهضوا، وبقي عنده العباس والفضل وعلي بن أبي طالب وأهل بيته خاصة، فقال له العباس: يا رسول الله، إن يكن هذا الأمر فينا مستقرًّا بعدك فبشِّرنا، وإن كنت تعلم أنا نُغلب عليه فأوص بنا. فقال: أنتم المستضعَفون من بعدي. وأصمت، فنهض القوم وهم يبكون، قد أيسوا من النبي صلى الله عليه وآله.

Peyğəmbər (s.ə.a) xəstəliyi sağaldığı zaman evinə yollandı və Әbu Bəkri, Öməri və məsciddə olan müsəlmanları çağırdı. Sonra dedi: “Sizə Usamənin qoşununu təchiz etmək əmrini vermədimmi?” Dedilər: “Bəli, ey Allahın elçisi.” Peyğəmbər (s.ə.a) dedi: “bəs niyə əmrimi icra etməkdə gecikdiniz?” Әbu Bəkr dedi: “Mən çıxmışdım, lakin əhdimi təzələmək üçün geri döndüm.” Ömər dedi: “Mən çıxmadım, çünki sizin halınızı suvarilərdən soruşmaq istəmərəm.” Peyğəmbər (s.ə.a) dedi: “Usamənin qoşununu təchiz edin deyə 3 dəfə təkrarladı. Sonra isə yorğunluqdan özündən getdi və az müddət bu halda qaldı. Müsəlmanlar ağladı, xanımlarının, övladlarının, müsəlman qadınlarının və məsciddə olanların hönkürtü səsi ucaldı. Sonra özünə gəldi və ətrafındakılara nəzər yetirdi. Sonra dedi: “Kağız-qələm gətirin sizin üçün elə bir şey yazım kı, məndən sonra əsla yolunuzu azmayasız.” Sonra yenə özündən getdi. Yanında olanlardan bəziləri kağız-qələm axtarmağa başladılar. Ömər dedi: “Geri dönün, o sayıqlayır.” O da geri döndü. Orda olanlar kağız-qələm gətirmək üçün etdikləri səhlənkarlığa görə peşman olub bir-birilərini qınamağa başladılar. Dedilər: “Biz Allahdanıq və ona tərəf qayıdacağıq. And olsun, biz Allahın elçisinə qarşı müxalifətçilikdən qorxduq.” Peyğəmbər özünə gəldiyi zaman bəziləri dedilər: “Kağız-qələmi gətirək, ey Allahın elçisi?” Peyğəmbər (s.ə.a) dedi: “Bütün bu dediklərinizdən sonra? Xeyr! Lakin sizə əhli-beytimə yaxşı olmağınızı vəsiyyət edirəm.” Sonra onlardan üzünü çevirdi və durdu. Yanında isə yalnızca Abbas, Fəzl, Әli və yaxınları qaldı. Abbas dedi: “Ey Allahın elçisi, əgər dediyin bu iş səndən sonra bizdə sabit və davamlı olacaqsa, müjdələ. Yox, əgər bu işdə məğlub olacağımızı bilirsənsə, o zaman bizə vəsiyyə et!” Peyğəmbər (s.ə.a) dedi: “Sizlər məndən sonra zəif salınmış kəslərsiz.” Әtrafındakılar ağlayaraq peyğəmbərin yanından durdular və artıq onun sağlığından məyus olmuşdular. (“əl-İrşad”, 1/183)

Bu hədis peyğəmbərin (s.ə.a) yazı yazmaq üçün kağız-qələm istəyən zaman Hz.Әlinin (ə.s) də məclisdə olduğunu göstərir. Lakin, hədis sənəd yönündən səhih deyil, çünki qopuq sənədlə nəql olunub. Ona görə bu hədislə dəlil gətirmək doğru deyil.

2) Hz.Әlinin (ə.s) hadisə zamanı evdə olduğunu qəbul etsək belə, bu hal peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədi deyib, onu tənə etməyə əsas vermir. Çünki, tənə yalnızca peyğəmbərin (s.ə.a) sayıqladığını və xəstəliyin ona qalib gəldiyini deyən kəslərə və onun yazını yazmasına söz və ya əməldə mane olanlara aiddir. Amma orda olduğu halda heç bir müxalifətçilik göstərməyən kəs barədə tənə etmək düzgün deyil. Çünki, həqiqətdə onun kağız-qələm gətirməyinə mane olacaq səbəblərdən xəbərimiz yoxdur.

3) Şiə və sünni kitablarında bütün yolları ilə nəql olunan bu hədislərin heç birində kağız-qələm gətirmək üçün əmr olunan şəxsin Hz.Әli (ə.s) olmasına  və onun da bu işdə müxalifəçilik və ya tənbəllik etməsinə dəlalət edəçək heç nə yoxdur ki, bununla da onun peyğəmbərin (s.ə.a) əmrinə itaət etmədiyi üçün tənə olunması düzgün olsun. Ola bilsin bu işi görmək üçün başqası buyrulmuşdu.

4) Hz.Әlinin (ə.s) kağız-qələm gətirmək üçün buyurulduğunu və ya əmrin Hz.Әlinin (ə.s) də aralarında olduğu evdəki hər kəsə şamil olduğunu qəbul etsək belə yenə də bu hal Hz.Әlinin (ə.s) kağız-qələm gətirmədiyi üçün tənə olunmasına səbəb olmaz, çünki Ömər və onunla eyni fikirdə olan kəslərin saldıqları fitnə kağız-qələm gətirilməsinə mane oldu. Buna görə də həmin kəslərin dedikləri sözlərdən sonra peyğəmbər (s.ə.a) faydasız olacağı üçün yazı yazılmasını israr etmədi. Bu səbəbdən ətrafındakıları danladı və durub getmələrini əmr edti.

5) Hz.Әli (ə.s) peyğəmbərin (s.ə.a) hüzurunda olduğu üçün yazı yazılmasının qarşısını alanlara qarşı mübarizə apara bilməzdi. O, yalnızca Allah Rəsulunun (s.ə.a) icazəsi ilə nəsə söz deyib bir şey edə bilərdi. Әgər peyğəmbər (s.ə.a) ona nəsə bir şey etməyi əmr etməyibsə, deməli bu işinə görə tənə oluna bilməz.

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 1 İyul, 2015  01:29 Baxılıb: 2429 Çap
Məqalələr