На русском

Görəsən Hz.Adəm imamət məqamına layiq deyildi?

Sual: Allah-Təala İbrahim peyğəmbərə xitab edərək deyir: "Mənim əhdim zalımlara yetişməz." Bilirik ki, zülm, bir şeyi özünə aid olmayan başqa yerdə qərar verməkdir. Və həmçinin bilirik ki, imamət məqamına, hətta özünə zülm etmiş şəxs də nail ola bilməz. Ona görə də tərki-övlanı edən şəxsin özünə zülm etmiş olduğu üçün imamət məqamına yetişə bilməyəcəyini deyə bilərikmi? Çünki, Qurani-Kərimdə nəql olunmuş bəzi hekayələrdə tərki-övlanı edən şəxsin özünə zülm etdiyi qeyd olunub. Necə ki, Adəm (əleyhis-səlam)-ın hekayəsində bu mövcuddur. Quran deyir: "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız." Bu ayədən Adəmin imamət məqamına layiq olmadığı nəticəsini ala bilərikmi?

Cavab: Tərki-övla edən şəxsin imamət məqamına layiq olmadığını deyən kəs şübhəsiz düzgün nəticəni əldə edə bilməyəcək. Çünki, belə olsa, o zaman yer üzündə heç bir zaman imamət məqamına layiq olacaq bir kəs - nə peyğəmbərlər, nə də qeyriləri olmayacaq,. Halbuki, bu söz şübhəsiz batildir. Çünki, Quranın bəzi ayələrindən məlum olur ki, Hz.Muhəmməd Peyğəmbər (s.ə.a) tərki-övla etmiş və buna görə Allah onu danlamışdır. Quran deyir:

عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ

Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin? (Tövbə, 43)

يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir. (Təhrim, 1)

Ona görə də əgər tərki-övlanı edən öz nəfsinə zülm etmiş sayılırsa, o zaman peyğəmbərimiz (s.ə.a) imamət məqamına layiq olmur, halbuki ittifaq olunduğu üzrə bu batildir.

Müsəlmanlar fasiqlərin imamət məqamına layiq olmaları barədə ixtilaf etsələr də, tərki-övlanın imamət məqamına layiq olmağa mane olmadığı barədə ittifaq ediblər.

Ola bilsin kimsə Bəqərə sürəsinin 35-ci ayəsindəki "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız" sözünə baxaraq, Adəm və Həvvanın ağacdan yeməklə bu işləriylə özlərinə zülm etdiklərini güman etsin. Beləki, zalım kəs imamət məqamına layiq deyil.  Bu iki ayəni cəm etdikdə Adəm (əleyhis-səlam)-ın imamət üçün layiq olmadığı nəticəsi hasil olur. Halbuki, bu nəticə yanlışdır.

Ayədə keçən “zülm” kəlməsindən imamətə manə olan zülmün qəsd olunmadığını deməklə bu yanlış gümanı aradan qaldırmaq olar. Çünki, nəfsə zülmün bir-birindən fərqli dərəcələri var. Məsələn, şirk qoşmaq nəfsə edilən böyük zülmdür. Həmçinin, günahsiz birini öldürmək, zina etmək, şərab içmək, qeybət etmək, söz gəzdirmək, yalan danışmaq və s. Bütün bunlar ədalətə xələl yetirən günahlardır, bu işi görən də imamət məqamına layiq olmaz. Amma məkruh iş görmək, müstəhhəb əməli tərk etmək, tərki-övla - bunlar nəfsə zülm olsa da, lakin kiçik zülm olub ədalətə xələl yetirəcək və imamət məqamına olan ləyaqəti aradan aparacaq həddə deyil. Bu işlərin misalı eynilə haram olmayan, lakin az zərərli yeməkləri yeməyə bənzəyir. Tox halında yemək yeyən şəxs, çox yeməkdən mədəsi ağrıyan, yemək yeyərkən təmizliyə riayət etməyən və s. kəslər kimi. Lakin, şəri qaydada kəsilməyən əti yemək isə artıq haram olub ədaləti də aradan aparar.

Buna görə də "Bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız" ayəsindəki zülmün insanı savabdan məhrum edən və çətinliklərə salan zülm olduğu məlum olur. Allah-Təala Adəm və Həvvanı çəkindirdi ki, əgər bu ağacdan yesələr o zaman cənnətdən çıxaraq  yer üzünə endikləri zaman çətinliklərə, əziyyət və xəstəliklərə mürtəkib olacaqlar. Bu da özlüyündə nəfsə əziyyət və bir növ zülm hesab olunsa da, ədalətə xələl yetirib imamət məqamına olan ləyaqəti aradan aparacaq həddə deyil.

Əbül-Fəzl ibn Həsən ət-Təbərsi deyir:

وقوله: (فتكونا من الظالمين) أي تكونا بأكلها من الظالمين لأنفسكما، ويجوز أن يقال لمن بخس نفسه الثواب أنه ظالم لنفسه، كقوله تعالى حكاية عن أيوب: (إني كنت من الظالمين)، حيث بخس نفسه الثواب بترك المندوب إليه.

Ayədəki "Zalamlardan olarsınız" sözündən məqsəd: yəni, ağacdan yeməklə özünüzə zülm edənlərdən olarsınız. Özü görə də savabı əldən verən şəxs barəsində "nəfsinə zülm etdi" deyilə bilər. Necə ki, Allah-Təala Əyyub (əleyhis-səlam) barəsində deyir: "Həqiqətən mən, zalımlardan idim." Çünki bəyənilən bir işi görməməklə savabı əldən vermişdi. (Məcməul-bəyan, 1/188)

Əllamə Təbatəbai deyir:

قوله تعالى: (فتكونا من الظالمين)، من الظلم لا من الظلمة على ما احتمله بعضهم، وقد اعترفا بظلمهما حيث قالا على ما حكاه الله تعالى عنهما: (ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وترحمنا)، إلا أنه تعالى بدل في سورة طه هذه الكلمة أعني قوله: (فتكونا من الظالمين) من قوله: (فتشقى) والشقاء هو التعب،

"Zalımlardan olarsınız" cümləsindəki "zalım" sözü bəzilərinin ehtimal etdiyinə görə "zülm" sözündəndir. Quranın da qeyd etdiyi kimi, onlar hər ikisi öz zülmlərini etiraf etdilər: "Ey rəbbimiz, biz öz nəfsimizə zülm etdik, əgər bizi bağışlamasan və rəhm etməsən..." Lakin Taha sürəsində Allah-Təala Bəqərə sürəsində keçən "zülm" sözünü "şəqavət" sözü ilə əvəz edir. "Şəqavət" sözü isə məşəqqət mənasını verir.

Daha sonra Əllamə Təbatəbai bu sözü açıqlayaraq geniş izah edir:

فقال: (إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى * وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى) الآيات. ومن هنا يظهر أن وبال هذا الظلم إنما كان هو الوقوع في تعب حياة هذه الدنيا من جوع وعطش وعراء وعناء، وعلى هذا فالظلم منهما إنما هو ظلمهما لأنفسهما، لا بمعنى المعصية المصطلحة والظلم على الله سبحانه، ومن هنا يظهر أيضا أن هذا النهى أعني قوله: (ولا تقربا)، إنما كان نهيا تنزيهيا إرشاديا يرشد به إلى ما فيه خير المكلف وصلاحه في مقام النصح، لا نهيا مولويا. فهما إنما ظلما أنفسهما في ترك الجنة، على أن جزاء المخالفة للنهي المولوي التكليفي يتبدل بالتوبة إذا قبلت، ولم يتبدل في موردهما، فإنهما تابا وقبلت توبتهما، ولم يرجعا إلى ما كانا فيه من الجنة، ولولا أن التكليف إرشادي ليس له إلا التبعة التكوينية دون التشريعية لاستلزام قبول التوبة رجوعهما إلى ما كانا فيه من مقام القرب.

"Həqiqətən, sən burada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!  Həmçinin, burada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" (Taha 118-119). Bu ayələrədən məlum olur ki, zülmün nəticəsi yalnızca dünya həyatında aclıq, susuzluq, çılpaqlıq kimi məşəqqətlərə düşməkdir. Buna əsasən, onların etdikləri zülm şəriətdəki günah və Allaha qarşı edilən zülm mənasında deyil, öz nəfslərinə qarşı etdikləri zülmdür. Buradan həmçinin aydın olur ki, "ağaca yaxınlaşmayın" ayəsindəki qadağa mükəlləfi öz xeyrinə olacaq işlərə yönləndirmək üçün edilən nəsihət xarakterli qadağadır. O ikisi cənnəti tərk etməklə özlərinə zülm etdilər. Halbuki, əgər qadağa mövləvi (təşrii) xarakterli olsaydı, o zaman etdikləri tövbə qəbul olunduğu təqdirdə, həmin qadağanın cəzası ləğv edilməli idi. Halbuki, onlar tövbə edib etdikləri tövbənin də qəbul olunmasına baxmayaraq, bir daha cənnətdəki yerlərinə qayıda bilmədilər. Ona görə də nəsihət xarakterli (irşadi) vəzifəyə müxalifətçiliyin aqibəti yanızca təkvini məşəqqətə giriftar olmaqdır, tövbə olunduğu təqdirdə öz əvvəlki məqamlarına qayıtmalarını gərəkli edən təşrii vəzifə deyil. (əl-Mizan, 1/130)

Bütün bu dediklərimizdən aydın olur ki, nəfsə olan zülmün hamisi ədalətə xələl yetirən və imamət məqamina olan ləyaqəti aradan aparacaq mənada deyil. Əksinə, ədalətə xələl gətirib imamət məqamına olan ləyaqəti aradan aparan zülm yalnızca Allaha qarşı edilən günahdır, başqası deyil.

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 3 İyul, 2015  16:51 Baxılıb: 1186 Çap
Məqalələr