На русском

Peyğəmbərlərin (ə.s) xanımlarının zinadan uzaq olmaları

Şiə və sünnilər arasında böyük münaqişə yaradan məsələlərdən biri də şiələrin peyğəmbərin namusuna ləkə yaxmaları, xüsusən də Aişəni zinakarlıqda günahlandırdıqlarına dair ittiham olunmalarıdır. Qarşı tərəf bu tənəni şiə məzhəbi üçün ən böyük tənə hesab edir. Göründüyü kimi, bu ittiham köhnə ittihamdır və günümüzə aid deyil. Ona görə də bu məsələni, həmçinin, peyğəmbərlərin xanımları barədə şiə əqidəsini aydınlaşdırmaq olduqca önəmlidir.

Qədimdən bu günədək bütün şiə alimləri bütün peyğəmbərlərin həyat yoldaşlarının zinadan uzaq və təmiz olduqlarını aşkar söyləyiblər. Hər hansı bir peyğəmbərin xanımının zina etdiyi və ya zinaya yaxınlaşdığına dair ortada heç bir dəlil yoxdur. Baxmayaraq ki, peyğəmbərlərin xanımları zinadan məsum deyillər,  Allah peyğəmbərləri zinakar qadına yaxınlaşmaqdan qoruduğu kimi, xanımlarını da zina kimi çirkin işləri görməkdən qorumuşdur. Bunun səbəbi isə həyat yoldaşının zina etməsinin kişinin abrını apararaq onu hörmətdən salmasıdır. Ona görə də Allah-taala peyğəmbərləri zina kimi ləkə gətirən və insanların yanında hörmətdən salan bütün işlərdən uzaq tutmuşdur.

Bu, fisqə (doğru yoldan sapma, asi olmaq və s) səbəb olan günahların ziddinədir. Belə ki, Allah öz peyğəmbərlərinin xanımlarını bundan qorumayıbdır. Yoxsa onların da bütün günahlardan məsum olduqlarını söyləməli olardıq. Peyğəmbərlərin bəzi xanımlarının günah etdikləri təvatür yolu ilə sabit olmuşdur. Onlarla əlaqədar küfrün durumu da fisq kimidir. Çünki Allah-taala Qurani-kərimdə keçmiş peyğəmbərlərin həyat yoldaşlarından küfr etmiş iki nümunəni qeyd etmişdir. Bunlar Nuh və Lutun (əleyhiməssəlam) xanımlarıdır. Quran deyir:

ضَرَبَ اللَّهُ مَثَلاً لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئاً وَقِيلَ ادْخُلا النَّارَ مَعَ الدَّاخِلِينَ

"Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: "Bərzəxin oduna daxil olun!" (Qiyamət günü) onlara deyiləcəkdir: "Daxil olanlarla birgə siz də (əbədi) oda girin". (Təhrim,10)

Aydındır ki, peyğəmbərlərin zövcələrinin fisq və küfrləri zinadan fərqli olaraq, yoldaşları üçün ləkə və eyb hesab olunmur. Ona görə də Allah onları zinadan qoruduğu halda fisq və küfrdən qorumayıb.

Peyğəmbərlərin zövcələrinin zinadan uzaq olduqlarına dair rəyimiz budur. Qədim və müasir böyük şiə alimləri öz kitabları və fətvalarında bunu aşkar qeyd etmişlər. İndi isə gəlin, bunların bəziləri ilə tanış olaq:

1. Şərif Mürtəza kimi tanınmış Seyyid Әli ibn Hüseyn Әləvi (436 h.q) "Əmali" kitabında (1/503) Nuhun oğlunun onun oğlu olmadığını güman edənlərə cavab olaraq deyir:

الأنبياء عليهم الصلاة والسلام يجب أن يُنزَّهوا عن مثل هذه الحال، لأنها تَعُرُّ وتَشِين وتَغُضُّ من القدر، وقد جنَّب الله تعالى أنبياءه عليهم الصلاة والسلام ما هو دون ذلك تعظيماً لهم وتوقيراً ونفياً لكل ما ينفِّر عن القبول منهم.

Peyğəmbərlər (əleyhimussəlam) bu kimi hallardan uzaq bilinməlidirlər. Çünki bu cür hallar peyğəmbərlərin məqamlarını aşağı salır, onlara ləkə gətirir. Allah-təala onların məqamlarını uca tutmaq, insanlar arasında qəbul olunmalarına maneə törədəcək şeyləri onlardan uzaqlaşdırmaq məqsədiylə Öz Peyğəmbərlərini bundan daha kiçik hallardan qorumuşdur, (o ki qala bu hal ola!).

2. Şeyxut-taifə Şeyx Məhəmməd ibn Həsən ət-Tusi (460 h.q) "Təfsir ət-Tibyan" da (10/52) “Təhrim” sürəsinin 10-cu ayəsinin təfsirində deyir:

قال ابن عباس: (كانت امرأة نوح كافرة، تقول للناس: إنه مجنون. وكانت امرأة لوط تدل على أضيافه، فكان ذلك خيانتهما لهما، وما زنت امرأة نبي قط)؛ لما في ذلك من التنفير عن الرسول وإلحاق الوصمة به، فمن نسب أحداً من زوجات النبي إلى الزنا فقد أخطأ خطأً عظيماً، وليس ذلك قولاً لمحصِّل.

İbn Abbas deyirdi ki,: "Nuhun xanımı kafir idi və camaata "Həqiqətən, o dəlidir" – söyləyirdi. Lut peyğəmbərin xanımı isə evə gizlin gələn inanclı qonaqlardan digərlərini xəbərdar edərmiş. Bu da o iki xanımın ayədə qeyd olunan xəyanətinin açıqlamasıdır. Heç bir peyğəmbərin xanımı zina etməmişdir." Çünki bu iş peyğəmbərə qarşı nifrət yaradır, ona ləkə gətirir. Ona görə də peyğəmbərin xanımlarından birinə zina nisbət verən kəs, əslində çox böyük bir xəta etmişdir və araşdırmaçı olan kəs belə bir söz deməz.

3. Şeyx əl-Fəzl ibn əl-Həsən ət-Təbərsi (548 h.q):

(فخانتاهما) بالنفاق والتظاهر على الرسولين، فامرأة نوح قالت لقومه: إنه مجنون، وامرأة لوط دلت على ضيفانه، وعن الضحاك: خانتاهما بالنميمة، إذا أوحى الله إليهما أفشتاه إلى المشركين، ولا يجوز أن يراد بالخيانة الفجور؛ لأنه نقيصة عند كل أحد، سمج في كل طبيعة، بخلاف الكفر؛ لأن الكفار لا يستسمجونه، وعن ابن عباس: ما زنت امرأة نبي قط؛ لما في ذلك من التنفير عن الرسول، وإلحاق الوصمة به.

"O ikisi xəyanət etdi" yəni, nifaq və həyat yoldaşlarının (Nuh və Lutun) əleyhinə olmaqla. Nuhun xanımı öz qövmünə dedi: “O dəlidir”, Lutun xanımı isə evə gizlin gələn gonaqlardan öz qövmünü xəbərdar edirdi. Dəhhak deyir: O ikisi söz aparıb-gətirməklə xəyanət etdilər. Allah vəhy nazil edən zaman müşriklərə çatdırırdılar. Ayədə keçən xəyanət sözü zina kimi anlaşılmamalıdır.  Bu iş küfrdən fərqli olaraq, hər kəs üçün nöqsandır. Çünki küfrü qəbih hesab etmirlər. İbn Abbas deyir: "Heç bir peyğəmbərin xanımı zina etməyib. Çünki bu işdə peyğəmbərdən üz döndərmək və ləkə yaxmaq vardır". (Cəvamiul-cami, 3/597)

4. Məhəmməd ibn Әli ibn Yunis əl-Amili əl-Bəyadi:

وأما تولد كافر من النبي فلا محال فيه، وقد قيل: إن كنعان كان لنوح ربيباً، ولم يكن ابنا. وروي عن الحسن ومجاهد أنه وُلد على فراشه، وهذا بالإعراض عنه حقيق، قال ابن عباس: ما زنت امرأة نبي قط.

"Peyğəmbərdən kafir övladın dünyaya gəlməsi mümkün deyil, Kənanın Nuhun oğlu deyil, övladlığı olduğu söylənilib. Həsən və Mucahiddən nəql oldunuğuna görə, Kənan onun övladı idi. İbn Abbas deyir: "Heç bir peyğəmbərin xanımı zina etməyib". (əs-Sıratul-müstəqim ilə mustəhiqqi ət-təqdim, 1/354)

5. Əl-Müqəddəs Әhməd əl-Әrdəbili (993 h.q):

ثم أشار إلى التمثيل بامرأة نوح وامرأة لوط، بأنه لا ينفع أحداً صلاح أحد حتى حفصة وعائشة وغيرهما صلاح النبي صلى الله عليه وآله كما في امرأتي هذين النبيين العظيمين، فإن امرأتيهما خانتاهما. قال في الكشاف والقاضي: بالنفاق، وقيل: بأن كانت امرأة نوح كافرة، تقول للناس: إنه مجنون، وإذا آمن به أحد أخبرت به الجبابرة من قوم نوح، وكانت امرأة لوط تدل على أضيافه، فكان ذلك خيانتهما، فما بغت امرأة نبي، فكذا نبينا بالطريق الأولى، ولهذا قالوا: قطع الله بهذه الآية طمع من ركب المعصية رجاء أن ينفعه صلاح غيره.

Daha sonra Quran, Nuh və Lutun xanımları ilə çəkilən misala və bənzətməyə işarə edir. Belə ki, bir kəsin saleh olması digərlərinə heç bir fayda verməz, hətta Peyğəmbərin saleh olması belə, həyat yoldaşları Həfsə və Aişəyə heç bir fayda vermədi. Necə ki bu iki əzəmətli peyğəmbərlərin xanımlarına faydası olmadı. Çünki o ikisi xəyanət etdilər. Zəməxşəri və Qazi xəyanəti nifaq olaraq açıqlayıblar. Deyirlər ki, Nuhun xanımı kafir idi. Qövmünə Nuhun dəli olduğunu söyləyirdi. Nuha bir nəfər iman gətirsəydi, dərhal qövmünün böyüklərinə xəbər verərdi. Lutun xanımı isə evə qonaq gələnlərdən qövmünü xəbərdar edərmiş. Onların bu hərəkətləri xəyanətləri idi. Heç bir peyğəmbərin xanımı, o cümlədən bizim peyğəmbərimizin də xanımı zina etməyib. Ona görə də demişlər ki: "Allah bu ayə ilə başqasının saleh əməlinin ona fayda verəcəyini güman edərək günaha bulaşanların ümidini kəsmişdir." (Zubdətul-bəyan, s.574)

6. Mövla Məhəmməd Saleh Mazandarani (1081 h,q):

فامرأة نوح قالت لقومه: إنه مجنون، وامرأة لوط دلت قومه على ضيفانه، وليس المراد بالخيانة البغي والزنا، إذ ما زنت امرأة نبي قط.

“Nuhun xanımı öz qövmünə dedi: "O dəlidir". Lutun xanımı isə gizlin gələn qonaqlardan qövmünü xəbərdar edərdi. Xəyanətdən məqsəd zina etmək deyil. Çünki heç bir peyğəmbərin xanımı zina etməyib”. (Şərhu Üsulil-kafi, 10/107)

7. Fəxruddin ət-Tureyhi (1085 h.q):

قوله: (فخانتاهما) أي بالنفاق، والتظاهر على الرسولين، فامرأة نوح قالت لقومه: إنه لمجنون، وامرأة لوط دلت على ضيفانه. وقيل: خانتاهما بالنميمة، إذا أوحي إليهما أفشتاه إلى المشركين. ولا يجوز أن يراد بالخيانة الفجور، قال ابن عباس: ما زنت امرأة نبي قط، لما في ذلك من التنفير عن الرسول صلى الله عليه، وإلحاق الوصمة به.

"O ikisi xəyanət etdi" sözündən məqsəd nifaq və ərlərinin əleylərinə çıxmalarıdır. Belə ki, Nuhun xanımı qövmünə deyirdi: "O dəlidir". Lutun xanımı isə gizlin gələn qonaqlardan qövmünü xəbərdar edirdi. Həmçinin, söz gəzdirməklə xəyanət etdikləri də deyilib. Belə ki, nə zaman o iki peyğəmbərə vəhy olunsaydı, bu iki qadın vəhyi müşriklərə çatdırardılar. Xəyanət sözü zina kimi anlaşılmamalıdır. İbn Abbas demişdir: "Heç bir peyğəmbərin xanımı zina etməmişdir". Çünki bu iş peyğəmbərə qarşı nifrət yaradır, ona ləkə gətirir. (Məcməul-bəhreyn, 1/715)

8. Məhəmməd ibn İsmail ibn Həsən əl-Mazandarani əl-Xacui (1173 h.q):

فإن قلت : هل تجب عصمة نساء الأنبياء من الزنا، فلا يجوز ذلك عليهن، أم يجوز، ولكنه لم يقع منهن؟ قلت: لو لم يجز لكان على رسول الله صلى الله عليه وآله حين قذفت زوجته أن يخبر بأنه لا يجوز عليها، ولكنه بقي أياماً والناس يخوضون فيه إلى أن نزل الوحي ببراءتها، وكيف لا يجوز وقد قال الله تعالى: (يا نساء النبي من يأت منكن بفاحشة مبينة) إلى قوله: (فلا تخضعن بالقول فيطمع الذي في قلبه مرض وقلن قولا معروفا وقرن في بيوتكن) الآيات؟ ولذلك لم يشترط أحد من العلماء عصمتهن عنه، ولكن اللائق بمنصب النبوة نزاهتهن عنه وسلامتهن منه، ولم يقع من واحدة منهن، فعن ابن عباس: ما زنت امرأة نبي قط.

Əgər peyğəmbərlərin xanımlarının zinadan qorunmaqlarının vacib olub-olmayacağını soruşursansa, cavabım budur ki, əgər mümkün olmasaydı, o zaman peyğəmbərin həyat yoldaşı zina etməklə ittiham olunduğu zaman  bu işin mümkün olmadığını söyləyərdi. Halbuki o, insanların bu məsələni müzakirə etdikləri halda, vəhy nazil olub Aişənin təmiz olduğunu bildirənədək günlərlə gözlədi. Necə mümkün olmasın, bir halda ki, Quran deyir: "Ey peyğəmbərin xanımları, sizlərdən kim aşkar günah etsə..." və "Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın, vüqarla öz evlərinizdə qərar tutun".... Ona görə də heç bir alim onların zinadan qorunmuş (məsum) olduqlarını söyləməyib. Lakin peyğəmbərlik məqamı üçün münasib olan, onların zinadan uzaq olmalarıdır. İbn Abbas deyir: "Heç bir peyğəmbərin xanımı zina etməyib". (Camiuş-şatat, s.38)

9. Seyyid Muhsin əl-Әmin (1371 h.q):

الشيعة تعلن لجميع الملأ أنها تعتقد أنه لا يجوز أن تكون زوجة النبي زانية، وأنه يجب تنزيه جميع أزواج الأنبياء عن ذلك، فلا يقبل منهم، وتلصق هذه التهمة بهم؟ إن هذا لعجيب.

“Şiələr hər kəsə elan edir ki, onlar peyğəmbərin zövcəsinin zinakar olmayacağına və bütün peyğəmbərlərin xanımlarının zinadan uzaq olduqlarına etiqad bəsləyirlər. Belə olan halda, bu bildirişi onlardan qəbul etməyib onlara belə bir ittihamı nisbət vermək olduqca təəccüblüdür”.

Yenə deyir:

فيمكنني في هذه العجالة أن أبين لكم خلاصة عقيدة الشيعة المتفق عليها في نساء الأنبياء عليهم الصلاة والسلام عامة، وفي أمهات المؤمنين نساء النبي صلى الله عليه وآله خاصة...

"Elə indi sizlərə, ümumilikdə peyğəmbərlərin xanımlarına dair, xüsusən də möminlərin anaları olan peyğəmbərimizin xanımlarına dair şiə əqidəsinin xülasəsini açıqlayacağam".

Daha sonra deyir:

إلى أن قال: فتحصل من ذلك أن زوجة النبي يجوز أن تكون كافرة، كما في امرأتي نوح ولوط عليهما السلام، ولا يجوز أن تكون زانية؛ لأن ذلك من النقائص التي تلحق النبي، فتوجب سقوط محله من القلوب، وعدم الانقياد لأقواله وأفعاله، وذلك ينافي الغرض المقصود من إرساله، وحينئذ فقوله تعالى في حق امرأتي نوح ولوط: (فخانتاهما) يراد منه الخيانة بغير ذلك، ولا عموم في لفظ الخيانة.

"Bütün bunlardan aydın olur ki, peyğəmbərin zövcəsi kafir ola bilər, necə ki, Nuh və Lutun xanımları kafir idilər. Amma zinakar olmaları mümkün deyil, çünki bu, peyğəmbər üçün bir ləkədir. Bu hal onun etibardan düşməsinə və nəticədə itaət olunmamasına səbəb olar. Halbuki bu, onların göndərilməsində mövcud olan əsas hədəflə ziddiyyət təşkil edir. Belə olan təqdirdə, Nuh və Lut peyğəmbərin xanımları barəsində, ayədə keçən “o ikisi xəyanət etdi” sözündən məqsəd zina deyil, başqa şeydir. Burada xəyanət sözü ümumi mənanı ifadə etmir". (Əyanuş-şiə, 1/120).

10. Әllamə Seyyid Məhəmmədhüseyn Təbatəbai (1402 h.q):

وفيه: أنه على ما فيه من نسبة العار والشين إلى ساحة الأنبياء عليهم السلام، والذوق المكتسب من كلامه تعالى يدفع ذلك عن ساحتهم، وينزِّه جانبهم عن أمثال هذه الأباطيل، أنه ليس مما يدل عليه اللفظ بصراحة، ولا ظهور، فليس في القصة إلا قوله: ﴿إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ﴾، وليس بظاهر فيما تجرَّؤوا عليه، وقوله في امرأة نوح: ﴿ا‏مْرَأَةَ نُوحٍ وَامْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا﴾، التحريم: 10، وليس إلا ظاهراً في أنهما كانتا كافرتين، تواليان أعداء زوجيهما، وتسران إليهم بأسرارهما، وتستنجدانهم عليهما.

“Bu işdə peyğəmbərlər üçün eyib və ləkə vardır. İlahi kəlam isə, bu kimi halları və batil işləri onlardan uzaq bilir. Ayədə qeyd olunan mənaya işarə edəcək aydın bir şey yoxdur. Qissədə qeyd olunan yeganə şey yalnız budur: “O sənin ailəndən deyil, çünki o, əməli saleh olmayan biridir”. Bu ayədən isə müfəssirlərin zinaya dair dedikləri məna əldə olunmur. Digər ayədəki "Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər" cümləsindən isə, yalnız onların kafir olduqları, ərlərinin düşmənləri ilə dost olub gizli sirləri onlara çatdırdıqları və onlardan ərlərinin əleyhinə kömək istədikləri  anlaşılır". (əl-Mizan 10/235)

Həmçinin, deyir:

إن تسرب الفحشاء إلى أهل النبي ينفر القلوب عنه، فمن الواجب أن يطهر الله سبحانه ساحة أزواج الأنبياء عن لوث الزنا والفحشاء، وإلا لغت الدعوة، وتثبت بهذه الحجة العقلية عفتهن واقعاً لا ظاهراً فحسب، والنبي صلى الله عليه وآله وسلم أعرف بهذه الحجة منا، فكيف جاز له أن يرتاب في أمر أهله برمي من رام أو شيوع من إفك؟

"Zinanın peyğəmbərin ailəsinə nüfuz etməsi qəlbləri ondan uzaqlaşdırar. Ona görə də peyğəmbərlərin xanımlarını zina çirkabından uzaq tutması Allah-taalaya vacibdir. Bu əqli dəlillə onların üzdə deyil, həqiqətdə pak və təmiz olduqları sabit olmuş olur. Peyğəmbər bu dəlilə bizdən daha yaxşı agahdır. Elə isə kiminsə iftirası ilə, yaxud şaiyələrin yayılması ilə öz yoldaşı barəsində necə şübhəyə düşə bilər?!" (əl-Mizan 15/102)

11. Seyid Məhəmməd Sadiq Ruhani ona verilən sualın cavabında deyib:

هل زوجات النبي صلى الله عليه وآله معصومات عن الزنا؟
قال ما يلي: لم يكنَّ في أنفسهن معصومات عن ذلك، ولكن كرامة النبي صلى الله عليه وآله تقتضيه، فإنه أجل عند الله تعالى من أن تقترن به امرأة لا تتورع عن ارتكاب الفواحش.

Sualın mətni belədir: Peyğəmbərlərin xanımları zinadan qorunublar?

Cavab: Onlar öz daxillərində zinadan məsum olmayıblar. Lakin peyğəmbərin hörməti bunu lazımlı edir. Peyğəmbər, Allah qatında xanımının özünü qorumayaraq zinaya yaxınlaşması kimi bir haldan daha uca və hörmətlidir (Əcvibətul-məsail, s.92)

Hörmətli oxucuya bildirmək istəyirəm ki, qədim alimlərimizin bəziləri Aişənin təmizlik və paklığı barədə kitablar yazıblar. Bunlardan biri də Nəsiruddin Əbdül-Cəlil ibn Əbül-Hüseyn ibn Əbul-Fadl əl-Qəzvinidir.

Ağa Bozorg Tehrani deyir:

( :2039تنزيه عايشة) للشيخ الواعظ نصير الدين عبد الجليل بن أبي الحسين بن أبي الفضل القزويني صاحب بعض المثالب المذكور في (ج 3- ص 130) نزه فيه عائشة عما اتهمت به، ذكره الشيخ منتجب الدين.

“Tənzihu Aişə” kitabı, 3-cü cild, səhifə 130-da tərcümeyi halı verilmiş Şeyx Nəsiruddin Əbdül-Cəlil ibn Əbül-Hüseyn ibn Əbul-Fadlın kitabıdır. Kitabında Aişəni, ona atılan ittihamdan təmiz çıxardır, (əz-Zəria, 4/457)

Alusinin “o ikisi xəyanət etdilər” ayəsinin təfsirində insaflı davranması xoşuma gəldi. Alusi deyir:

نقل ابن عطية عن بعضٍ تفسيرَها بالكفر، والزنا، وغيره، ولعمري لا يكاد يقول بذلك إلا ابن زنا، فالحق عندي أن عهر الزوجات كعهر الأمهات من المنفرات التي قال السعد: (إن الحق منعها في حق الأنبياء عليهم السلام)، وما ينسب للشيعة مما يخالف ذلك في حق سيد الأنبياء صلى الله عليه وسلم كذب عليهم، فلا تعول عليه وإن كان شائعاً، وفي هذا على ما قيل تصوير لحال المرأتين المحاكية لحال الكفرة في خيانتهم لرسول الله صلى الله عليه وسلم بالكفر والعصيان، مع تمكنهم التام من الإيمان والطاعة.

“İbn Üteyyədən, bəzi təfsirlərində küfr, zina və başqa şeylər dediyi nəql olunur. And olsun canıma! Bu sözü ancaq zinadan əmələ gələn biri deyər. Mənə görə, həyat yoldaşlarının zinakarlığı, eynən anaların zinakarlığı kimi insanları peyğəmbərlərdən uzaqlaşdıran qəbuledilməz bir haldır. Səd deyir ki, doğru olan bunun peyğəmbərlər barəsində qəbul olunmamasıdır. Şiələrin Peyğəmbər (s) barəsində bunun əksini demələri ilə bağlı yayılan şaiyəyə gəlincə, bu onlara yaxılan bir yalandır. Bu sözlərə, şayiə olsa belə, etimad etmək olmaz. Ayədə barəsində söhbət açılan iki xanımın halları əllərində iman gətirmək və itaət etmək üçün bütün imkanlar olmasına baxmayaraq, peyğəmbərə qarşı küfr və itaətsizliklə xəyanət etdikləri üçün kafirlərin hallarına bənzədilib”. (Ruhul-məani, 28/162)

Şiənin bu mövzudakı rəyi qeyd olunanlardan artıq bəlli oldu. Deyilənlərin əksinə olacaq bir fikri şiə məzhəbinə nisbət verən biri, ya şiə məzhəbindən xəbərsizdir, ya da yalançı və iftiraçıdır.

Həmçinin, şiə məzhəbinin daxilindən də dediklərimizin əksinə söz deyən olsa, şübhəsiz, həmin kəs xəta edibdir. Həmin şəxs, sadəcə öz fikrini ifadə etmiş olur, məzhəbin ümumi rəyini deyil. Belə bir kəsin sözü rədd olunmalıdır və həmin şəxsi şiə məzhəbinə aid etmək düzgün deyil. Şiə alimləri arasından peyğəmbərin xanımlarından birinin zina etdiyini deyəcək böyük və fəzilətli bir alim görməmişəm. Şeyx Tusinin də dediyi kimi, bu söz araşdırmaçı sözü deyil.

Bu günlərdə "Xiyanətu Aişə beynəl-istihaləti vəl-vaqi" adlı kitab çıxıb. Kitabın müəllifi Aişənin Peyğəmbərə xəyanət etdiyini güman edir. Lakin kitabı oxuduqda, sözlərində və mənasında ciddi boşluğun olduğunu gördüm. Müəllif Aişənin Peyğəmbərə xəyanət etməsini isbatlamağa çox cəhd etsə belə, yazdıqları arasında iddiasını isbatlayacaq güclü bir dəlil görmədim.

Maraqlıdır ki, müəllif hadisənin mümkünlüyünü dəlil şəklində təqdim edib, həmçinin, bir çox məsələni qarışdırıb. Nəssləri (ayə və hədisləri) mümkün olmayacaq şəkildə yozub. Məlum olur ki, kitabı ön fərziyyə ilə yazıb. Lakin bu şəkildə araşdırmanın fitnə yaratmaqdan, şiə və sünni arasında parçalanmanı böyütməkdən savayı elmi yöndən heç bir faydası yoxdur.

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 11 Sentyabr, 2015  11:15 Baxılıb: 762 Çap
Məqalələr